Əsas Səhifə > Güney Press > Nazirin Paşinyanla söhbəti
Nazirin Paşinyanla söhbətiBu gün, 17:37 |
|
“Seçkilərin sülh şəraitində keçirilməli böyük xoşbəxtlikdir”. Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki kampaniyasında iştirak edən səhiyyə naziri Anahit Avanesyan Baş nazir Nikol Paşinyanla söhbətində deyib. Nazir iyunun 7-də keçiriləcək parlament seçkilərində seçimin müharibə və sülh arasında olacağını bildirib. “Növbəti seçkilərə sülh şəraitində getmək böyük xoşbəxtlikdir. Seçim çox aydındır: bu, “üçbaşlı müharibə koalisiyası” və sülh partiyası arasında olacaq”, - Anahit Avanesyan qeyd edib. Xatırladaq ki, “üçbaşlı müharibə koalisiyası” məsələsində Ermənistanın sabiq prezidenti Robert Köçəryanın rəhbəri olduğu “Ermənistan” bloku, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyaları nəzərdə tutulur. Geri qayıt |