Əsas Səhifə > Güney Press > "İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi

"İçərişəhər"dəki işindən çıxdı, Parisdə yeni vəzifəyə təyin edildi


Bu gün, 16:05

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Layihələrin idarə olunması və əməkdaşlıq şöbəsi müdiri vəzifəsindən azad olunub.

"Qaynarinfo" xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudun müvafiq əmri ilə Elsevər Məmmədov sözügedən şöbənin müdiri vəzifəsindən öz istəyi ilə azad edilib.
Elsevər Məmmədov bundan sonra fəaliyyətini Paris şəhərində UNESCO-nun Yaşayan İrs Mərkəzində Layihələr üzrə məsul şəxs vəzifəsində davam etdirəcək.

Geri qayıt