Əsas Səhifə > Güney Press > Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur

Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur


Bu gün, 12:27

Aktrisa Lalə Süleymanova universiteti bitirəndən sonra Akademik Musiqili Teatra getsə də, səsinin olmadığını əsas gətirərək qəbul etmədiklərini deyib.

O bu barədə "Report"a müsahibəsində danışıb.

Onun sözlərinə görə, onunla bərabər gedən bütün tələbələr geri qaytarılıb.

"Bizə dedilər ki, səsiniz yoxdur. Götürə bilmərik. Mənə isə dedilər ki, get məşq elə, üzərində işlə. Dilbərin ariyasını (Fikrət Əmirovun "Sevil" operasından parça, – N.P) oxumuşdum. İstədikləri tonda oxudum, amma dedilər ki, yox, hələ üzərimdə çox işləməliyəm, götürə bilməzlər. Çox pis olmuşdum, düşünürdüm ki, bəs mən dörd ildir, nə oxuyuram? Niyə oxuyuram? Belə cavab almaq, əlbəttə, bir aktyor, aktrisa üçün çox pis idi, adamda ruh düşkünlüyü yaradır", - o əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.


Geri qayıt