Əsas Səhifə > Güney Press > Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib
Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endiribBu gün, 10:53 |
|
Ukrayna ordusu Rusiyanın Qroznı şəhərində hərbi hissələrə pilotsuz uçuş aparatları ilə zərbə endirib. APA xəbər verir ki, Ukraynanın “Exilenova+” “Telegram” kanalı hücum anının əks olunduğu iddia edilən videogörüntülər yayıb. Məlumata görə, ilk pilotsuz uçuş aparatı şəhərdəki 42-ci qvardiya motoatıcı diviziyasının ərazisinə düşüb. Digər PUA-nın isə Federal Təhlükəsizlik Xidmətinin Çeçenistan Respublikası üzrə idarəsinin yaxınlığına düşdüyü, lakin hədəfə çatmadığı bildirilir. Geri qayıt |