Əsas Səhifə > Güney Press > Laboratoriyanın 235 minlik "pikap" planı puç oldu

Laboratoriyanın 235 minlik "pikap" planı puç oldu


Bu gün, 07:15

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyindəki Mərkəzi Laboratoriya tərəfindən pikap tipli nəqliyyat vasitələrinin alınması üçün elan edilən tender uğursuzluqla nəticələnib.

32gun.az yazır ki, Ehtimal olunan qiyməti 235.606,67 AZN müəyyən edilən satınalma çərçivəsində laboratoriya üçün 2 ədəd avtomat və 2 ədəd mexaniki sürətlər qutulu dizel mühərrikli pikapların alınması planlaşdırılırdı. Lakin satınalmada iştirak etmək üçün təklif və təminat təqdim edən təchizatçıların sayı qanunvericiliklə tələb olunan saydan az olduğu üçün müsabiqəyə xitam verilib. Layihənin ləğv edilməsi ilə bağlı rəsmi protokol təqdim olunub və nəzərdə tutulan 4 ədəd yeni nəqliyyat vasitəsinin tədarükü təxirə düşüb. Bu səbəbdən laboratoriyanın maddi-texniki bazasının yenilənməsi üçün ayrılan vəsaitin istifadəsi hələlik mümkün olmayıb.


Geri qayıt