Əsas Səhifə > Güney Press > Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıbBu gün, 17:11 |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makrona Ermənistandan öz ölkəsinin quru sərhədini keçməyə icazə verməyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın "AZfront" teleqram kanalı yazıb. Mayın 3-5-də bir sıra tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olan Makron Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə yola düşərək "siyasi cəhətdən rəmzi" jest etməyi planlaşdırırdı. Bir neçə məlumatlı mənbənin nəşrə bildirdiyinə görə, səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılmışdı. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, o, strateji müttəfiqi - Azərbaycanla müzakirələrdən sonra Makrona rədd cavabı verib. Geri qayıt |