Əsas Səhifə > Güney Press > Qədir Qızılsəsə qarşı HAQSIZLIQ

Qədir Qızılsəsə qarşı HAQSIZLIQ


Bu gün, 15:42

“Restoranlara gedib yemək yemirəm, çünki qorxuram”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Qədir Qızılsəs “İncəSəhər” verilişində qonaq olarkən deyib.

İllərin sənətçisi sənət yolunda qarşılaşdığı ciddi maneələr və haqsızlıqlardan gileylənib:

“Peşəkar musiqiyə gəldiyim ilk vaxtlardan, Qədir Məmmədov kimi tanınana qədər hər yerdə qapılar üzümə bağlanıb. Telekanallara çıxmağıma imkan verməyiblər, hər addımda məni ‘vurmağa’ çalışıblar. Yalnız sənətimin gücü sayəsində çətinlikləri aşaraq sözümü deyə bilmişəm və tanınmışam”.

Müğənni qeyd edib ki, ona qarşı olan bu təzyiqlər bu gün də fərqli formalarda davam edir:

“Bu vəziyyət hələ də bitməyib. İnanın, restoranlara gedib yemək yeməyə belə qorxuram. Valideynlərimin qəbrinə and olsun ki, düz deyirəm. Hara gedirəmsə, mənə mane olmağa çalışırlar. Ağlıma gəlməyən hadisələrlə qarşılaşıram. Hətta Rusiyaya gedəndə belə, ardımca adamlar göndərirlər ki, əhvalımı korlasınlar, toyu yüksək səviyyədə idarə edə bilməyim”.


Geri qayıt