Əsas Səhifə > Güney Press > Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi
Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdiBu gün, 07:42 |
|
Özünü “Dr. Gülü” kimi təqdim edən Abdullayeva Gülbadə Əliqismət qızının intihara cəhd etdiyi iddia olunur. Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Elnurə Abuşova məlumat yayıb. Bildirib ki, G. Abdullayeva sirkə turşusu içib. "Hazırda Kliniki Tibbi Mərkəzdədir", - o əlavə edib. Qeyd edək ki, Gülbadə Abdullayevanın tibbi fəaliyyət üçün tələb olunan rəsmi lisenziya və diplom olmadan fəaliyyət göstərdiyi iddia olunurdu və bu məsələ ictimai müzakirələrə səbəb olmuşdu.
Yaxınlarının sözlərinə görə, son dövrlər o, müəyyən şəxslərin – xüsusilə özlərini jurnalist kimi təqdim edənlərin – davamlı təzyiqi və pul tələblərindən ciddi narahatlıq keçirirmiş.
Geri qayıt |