Əsas Səhifə > Güney Press > Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq

Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq


Bu gün, 17:23

Ermənistanın Müdafiə Nazirliyi İrəvanda Fransa şirkətləri ilə yeni hərbi müqavilələr imzalayıb.

“Aysor.am”-ın məlumatına görə, Fransanın “Airbus Helicopters” şirkəti ilə imzalanan müqavilə əsasən, Ermənistan ordusu üçün nəqliyyat helikopterləri tədarük olunacaq. Helikopterlərin konkret modeli hələ açıqlanmayıb.

Bundan əlavə, Müdafiə Nazirliyi ilə “SOFEMA Group” arasında müasir hərbi geyim və təchizatın alınmasına dair ayrıca saziş bağlanıb.

Bildirilir ki, bu alışlar Ermənistan ordusunun logistika və mobillik imkanlarının gücləndirilməsinə yönəlib.


Geri qayıt