Əsas Səhifə > Güney Press > Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır

Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır


Bu gün, 12:50

Ermənistan və Azərbaycan arasında sülh hüquqi qüvvəyə malik sənədə söykənir.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə keçirilən birgə brifinq zamanı bəyan edib.

"Ermənistan və Azərbaycan arasında hazırda bərqərar olan sülhün məcburi hüquqi əsasının olmaması barədə təsəvvürlər yanlışdır. Çünki 2024-cü ildə hər iki ölkədə sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyətinə dair reqlament imzalanıb və ratifikasiya edilib. Bu, ölkələrimiz arasında imzalanmış və hər iki tərəf üçün məcburi hüquqi qüvvəyə malik olan ilk dövlətlərarası müqavilədir", - Baş nazir vurğulayıb.

N. Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan 40 il ərzində düşmənçilik mühitində yaşayıblar və bu səbəbdən dərhal sülh yoluna keçmək asan deyil. Onun sözlərinə görə, həm Ermənistanda, həm də Azərbaycanda hələ də münaqişə dövründən qalan ritorikalar eşidilə bilər, lakin bu, keçmişdən qalan vərdişlərin davamıdır.


Geri qayıt