“6 ildir bu həyatı onsuz yaşayıram. Pandemiya vaxtı idi, martın 22-də evdə bayramı qeyd edirdik. Bacım, qardaşım da bizdə idi. Plov yeyəndən sonra oğlum dedi ki, mədəmdə narahatlıq var. Dərman verdim, amma keçmədi. Bir də gördüm ki, dodağının kənarları, gözünün ətrafı göyərib.
Mənimlə söhbət etdi, dedi ki: “Səni xalq sevir, səhnəni atma. Oğlum Tamerlanı sənə əmanət edirəm, bir də haqqını halal et.”
Dedim, bu nə sözlərdir danışırsan? Təcili yardıma zəng etdik. Onlar gələnə qədər görüntülü əlaqə yaratdıq; həkim dedi ki, tərpətməyin, gəlirik. Briqada ilə gəldilər. Həkim yanına girdi və heç nə demədən çıxdı. Eləcə də geri qayıtdılar. Ondan sonra sanki həyat mənim üçün dayandı”.