|
Ukrayna tərəfi mayın 6-na 5keçən gecə saat 00:00-dan etibarən cəbhə xəttində “sükut rejimi” elan edəcək. Yeniavaz.com Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu qərarla Prezident Volodimir Zelenski Rusiyanın 8-9 may tarixlərində Sovet xalqının Böyük Vətən Müharibəsində qələbəsini qeyd etmək üçün müvəqqəti atəşkəs elan etməsinə cavab verib. Ukrayna Prezidenti 4 may gecəsi yaydığı bəyanatda insan həyatının istənilən ildönümü qeyd etməkdən müqayisəolunmaz dərəcədə daha dəyərli olduğunu bildirib. O qeyd edib ki, 6-na keçən gecədən etibarən Ukrayna tərəfi “güzgü kimi” davranacaq. Xatırladaq ki, daha əvvəl Rusiya, Prezident Vladimir Putinin qərarından sonra Ukrayna ilə 8 və 9 may tarixlərini əhatə edəcək 2 günlük atəşkəs elan edib. Qeyd edilib ki, əgər Ukrayna Qələbə Günü paradını pozmağa cəhd edərsə, Rusiya qüvvələri Kiyevin mərkəzinə cavab olaraq kütləvi raket zərbəsi endirəcək.
Geri qayıt
|