Əsas Səhifə > Güney Press > 95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu

95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu


Bu gün, 17:56

Bakı şəhəri 95 nömrəli məktəbin 3-cü sinif şagirdi şiddətə məruz qalıb.

Teleqraf-a müraciət edən valideyn Zaur Rufiyev bildirir ki, övladı Uğur Rufiyev həmin məktəbin müəllimi Xalisə Məmmədova tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalıb.

Onun sözlərinə görə, videogörüntülərdə müəllimin şagirdin qolunu sıxdığı və qorxu yaradan davranışlar sərgilədiyi əks olunub. Valideyn qeyd edir ki, baş verənlər uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərib.

Bununla yanaşı, adıçəkilən müəllim tərəfindən valideynlərdən pul yığılması ilə bağlı iddialar da səsləndirilir.

Məsələ ilə bağlı 95 nömrəli məktəbdən Teleqraf-ın sorğuna cavab olaraq bildirilib ki,
məsələ ilə əlaqədar araşdırma aparılıb.

Araşdırma nəticəsində “Təhsilverənlərin etik davranış qaydaları”nının tələblərinə riayət etmədiyinə görə müəllimə intizam tənbeh tədbiri tətbiq olunub.

“Digər iddialarla bağlı da araşdırma aparılır. Valideyn iclasları keçirilir, məktəb mühitinə uyğun olmayan halların yolverilməzliyi valideynlərin və müəllimlərin diqqətinə çatdırılır. Məktəbdə səmərəli tədris mühitinin qorunması diqqət mərkəzində saxlanılır”,- məlumatda qeyd olunub.


Geri qayıt