Əsas Səhifə > Güney Press > "Bakını tərk etmək fikrim yoxdur"

"Bakını tərk etmək fikrim yoxdur"


Bu gün, 17:43

Xalq artisti Firəngiz Mütəllimova Bakını tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Aktrisa Qaynarinfo-ya açıqlamasında bildirib ki, başqa yerə köçmək planı yoxdur:
"Bakını tərk etmək kimi heç bir fikrim yoxdur. Bakıdayam, işim də, həyatım da buradadır”.
O, Şuşa ilə bağlı yayılan iddialara da münasibət bildirib və qeyd edib ki, ora yalnız səfər məqsədilə gedə bilər:
"Şuşaya ancaq gəzməyə gedə bilərəm”.
Qeyd edək ki, son günlər aktrisanın Şuşaya köçəcəyi və Bakını tərk edəcəyi barədə məlumatlar yayılmışdı. Lakin Firəngiz Mütəllimova bu iddiaları təkzib edərək hazırda paytaxtda yaşadığını və fəaliyyətini burada davam etdirdiyini bildirib.

Geri qayıt