Əsas Səhifə > Güney Press > “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin”

“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin”


Bu gün, 16:03

Milli Məclisin deputatı, professor, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə APA-nın “Əsrin yaşıdı” layihəsində verdiyi müsahibədə ailə münasibətlərindən danışıb.

"DİA-AZ" həmin hissəni təqdim edir:

- Ziyad müəllim, iqtisadi rifahla xoşbəxtlik arasında asılılıq varmı?

- Yaxşı sualdır... Əvvəllər xoşbəxtlik indeksini hesablamazdıq, amma son illər hesablanır. Deyim ki, xoşbəxtlik indeksinin mahiyyəti çox mürəkkəbdir: Mənəvi xoşbəxtlik var, maddi xoşbəxtlik var, ailə var, uşaqlar var. Bu gün bir azərbaycanlı kimi narahat edən ən böyük məsələlərdən biri əhalinin təbii artımının azalmasıdır. Azərbaycanda həmişə boşanma əmsalı digər respublikalara nisbətən aşağı olub. 40-50-ci illərdə, ümumiyyətlə, Azərbaycanda demək olar boşanmaya rast gəlinməyib.

- Bəs ər-arvad yola getməyəndə nə edirdilər? Ər arvadını döyürdü, arvad da susurdu? Amma indi deyirlər susma, get məhkəməyə ver.

- Mən Buzovnada böyümüşəm. Kiminsə evində söhbət ola bilərdi. Amma mənim yadıma gəlmir ki, kimsə arvadını döysün, o da evdən çıxıb getsin. Kəndlərdə belə şey olmurdu. Ona görə biz bu barədə düşünməliyik, bu məsələlər araşdırılmalıdır.


Geri qayıt