Əsas Səhifə > Güney Press > Xamenei “müdafiə xətti”ni yardı

Xamenei “müdafiə xətti”ni yardı


Bu gün, 12:14

İran rəhbərliyi sanksiyalardan yayınmaq və gəlirləri gizlətmək üçün beynəlxalq maliyyə sxemlərindən istifadə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The National Interest” məlumat yayıb.

Məqaləyə görə, söhbət neft gəlirləri də daxil olmaqla milyardlarla dollarlıq vəsait axınından gedir və bu resursların xarici siyasət və hərbi proqramlara yönəldildiyi bildirilir:

“Mürəkkəb hüquqi strukturlar, ofşor zonalar və vasitəçi şirkətlər səbəbindən maliyyə əməliyyatlarının izlənməsi çətinləşdirilir.

Bəzi məlumatlara əsasən, İranın ali lideri Müctəba Xameneiyə bağlı aktivlərin təxminən 3 milyard dollar həcmində ola biləcəyi qeyd edilir”.

Müəlliflər hesab edirlər ki, mövcud beynəlxalq nəzarət mexanizmləri yetərli deyil və Qərb ölkələri koordinasiyanı gücləndirməlidir.


Geri qayıt