Əsas Səhifə > Güney Press > Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdiBu gün, 12:03 |
|
Roma Katolik yeparxiyası Papa XIV Leonun keçmiş qanunsuz immiqrantı Qərbi Virciniya yepiskop təyin etməsi ilə bağlı Vaşınqtonun tənqidlərinə cavab verib. Teleqraf xəbər verir ki,Qərbi Virciniya yepiskopuMenjivar-Ayala yeniyetməlik illərində müharibənin viran qoyduğu El Salvadordan qaçmaq üçün bir neçə cəhddən sonra ABŞ-yə köçüb. O, Kaliforniyanın San İsidro şəhərinə avtomobilin baqajında gəlib. Uilinq yeparxiyasının sözçüsü Tim Bishop "Fox News Digital"-a bildirib ki, Menjivar-Ayalanın təyinatı Qərbi Virciniya xalqı üçün bir nemətdir. O keşişin pastoral işini və xidmətini tərifləyib: "Yepiskop Evelio bir müddət əvvəl daha yaxşı bir həyat və yeni imkanlar axtarışında gəlmişdi və Allaha şükür ki, bunu etdi. Çünki o, yeparxiyamızda imanın çobanı olacaq". Menjivar-Ayala "US Catholic" qəzetinə bildirib ki, vaxtilə o yarımştat təmizlikçi işləyib, lakin sonda Merilend ştatının Hayattsvil şəhərinə köçüb. Geri qayıt |