Əsas Səhifə > Güney Press > Bazarı bağlanan BƏSTƏKARLAR

Bazarı bağlanan BƏSTƏKARLAR


Bu gün, 17:46

Bəzən elə musiqilər eşidirik ki, onları anlamaqda çətinlik çəkirik bu, süni intellektin məhsuludur, yoxsa bəstəkarın? Etiraf edək ki, bəzən onların içərisində qulağa xoş gələn mahnılar da olur. Hansı ki, məhz süni zəkanın məhsuludur.

Əlbəttə, süni intellekt nə qədər inkişaf etsə də, insan ruhundan gələn o ilhamı və zövqü eyni dərəcədə ötürə bilmir. Təbii ki, hər bir sənətkarın öz dinləyici kütləsi var; müğənninin səsindən və nəfəsindən alınan enerjini də heç bir süni intellekt verə bilməz.

Bu gün süni intellekt yalnız musiqimizi əhatə etmir, artıq film və serial bazarına da ayaq açıb. Bir çox serial və filmlərin saundtrektində bəstəkar melodiyalarına ehtiyac qalmır. Süni intellektin “zövq və bacarığından” asanlıqla istifadə olunur. Heç çoxları o musiqinin süni intellekt, yoxsa bəstəkar beyninin məhsulu olduğunu da bilmir. Dinləyir, xoşuna gəlir və feyziyab da olur.

Günümüzün trendinə çevrilən bu mahnıların bəzən kim tərəfindən bəstələndiyi bəzilərinə maraqlı gəlmir. Amma olan zövqlü insanlara olur. Onsuz da bayağı mahnıların girdabında boğulan zövqlü dinləyici, indi də süni intellektin əlində girinc qalır.

Həm də olan bəstəkarlara olur. Necə deyərlər, bazarları bağlanır. Artıq yeni bəstəkar mahnıları eşidilmir. Çünki xərc çəkib onlara mahnı yazdıran yoxdur. 5-10 min manatı bir mahnıya verməkdənsə, 200-300 manatla süni intellekti “görüb”, müasir gənclərin zövqünü oxşayan mahnılar oxuyurlar. Bu da ona aparıb çıxarır ki, hit mahnılar yaranmır. Elə son vaxtlar “niyə mahnılar hitə çevrilə bilmir?” sualının cavabı da bundadır. Gözləyək görək, bu xəmir nə qədər su aparacaq?

Cəvahir - yenicag.az


Geri qayıt