Əsas Səhifə > Güney Press > Sevgilisinin evinə girib ərinin boğazını kəsdi
Sevgilisinin evinə girib ərinin boğazını kəsdiBu gün, 17:29 |
|
CİNAYƏT İŞİ Qısa arayış... 2025-ci il mayın 29-da Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi olur. Daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə yollanır. Məlum olur ki, hadisə Gülbala Əliyev küçəsi, 37-də yerləşən fərdi evdə baş verib. Kliniki Tibbi Mərkəzə çoxsaylı bıçaq yaraları ilə çatdırılan 1984-cü il təvəllüdlü Xəyal Ramazanovun həyatı xilas olunub. Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində başlanılan cinayət işi istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilib. Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib. Məhkəmə iclasında Kənan Məmmədzadə ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina edib. Verilmiş suallara cavab olaraq bildirib ki, 27 yaşı var və qazidir: “Zülfiyyənin evli olduğunu biləndən sonra yenə də onunla olan münasibətimi davam etdirdim. Xəyal Ramazanovu hadisə gününə gədər heç vaxt görməmişdim. Onu öldürmək niyyətim yox idi”. Prosesdə Kənan Məmmədzadənin istintaq zamanı verdiyi ifadəsi elan edilib. Kənanın sözlərinə görə, o, Yasamal rayonunda, D.Bünyadzadə küçəsi, 185 ünvanında yaşayıb. 2025-ci il martın 22-də “Azar” sosial şəbəkəsində Zülfiyyə adlı qadınla tanış olub: “Telefonumda onu “Mələyim” adı ilə qeyd etmişdim. Danışmağa başlayandan təxminən 10 gün sonra qadın mənə evli, 2 övladı olduğunu və özünə yeni ev alıb, ərindən boşanacağını demişdi. İlk dəfə aprelin 20-də bulvarda görüşmüşük. 3 dəfə Zülfiyyənin evində olmuşam. Həmin vaxt yoldaşı işdə, uşaqları isə bağçada idi. Zülfiyyə mənə daim əri tərəfindən döyüldüyünü, ümümiyyətlə yola getmədiklərini demişdi. Dəfələrlə ayrılmasını məsləhət görsəm də, qadın bir neçə ay səbrli olmağını söylədi. Bir neçə dəfə telefonda danışanda yoldaşının Zülfiyyəni söydüyünü eşitmişəm. Bundan əsəbləşib, qadına gəlib ərini öldürəcəyimi demişəm. Mayın 29-u səhər saat 6:30-da yuxudan oyandım ki, Zülfiyyə sabahın xeyir yazıb, amma sonra yenə yatdım. Bir müddətdən sonra qadın cavab yazaraq, niyə telefona baxmamadığımı? soruşdu və məndən şəklimi atmağımı istədi. Zülfiyyəyə uzandığım çarpayıdan şəklimi çəkib göndərdim. Amma qadın qısqanaraq, mənim evdə olmadığımı, gecə başqası ilə qaldığımı bildirdi. Sonra isə nömrəmi bloka atdı. Zülfiyyənin yenə əri ilə dalaşdığını və bu səbəbdən kefinin olmadığını düşündüm. Saat 8 radələrində Bayıl qəsəbəsinə, Zülfiyyənin yaşadığı evin qarşısına çatdım. Məhlənin girişində olan inşaat mağazasından 1 manat 40 qəpiyə dəftərxana bıçağı aldım. Gözlədim ki, Xəyal uşaqları bağçaya aparsın. Qapının qarşısında olan zaman Zülfiyyənin əri tərəfindən təhqir edildiyini eşitdim. Bundan əsəbləşdim və qapının açıq olmasından istifadə edərək içəri girdim. Xəyalın yataq otağına keçən pilləkənin üzərində dayanıb Zülfiyyə ilə əl-qolla danışdığını, yanında isə övladlarının dayandığını gördüm. Arxadan Xəyalın üzərinə tullanıb sağ əlimdəki bıçaqla ön tərəfdən boğazını kəsdim. Xəyal mənə tərəf çevrilərək, bıçağı əlimdən almağa çalışdı. Dava başladı. Kortəbii şəkildə mənə tərəf zərbələr atdı. Ayağım büdrəyib divana yıxılan kimi, Xəyal da üzərimə yıxıldı. Bıçaq əlimdən yerə düşdü. Dalaşdığımız vaxt Zülfiyyə bizi ayırmağa çalışırdı. Xəyala gücüm çatmadığı üçün istəyimi yarımçıq qoyub ordan qaçdım. Zülfiyyə bıçağı məndən almaq istəyərkən, sol əlimin baş barmağı kəsildi. Aptekdən dərman və bint alaraq əlimi sarıdım. Sonra polis əməkdaşları tərəfindən saxlanıldım”. Zərərçəkmiş Xəyal Ramazanov ifadəsində göstərib ki, mayın 29-da Zülfiyyənin geyindiyi paltar xoşuna gəlmədiyi üçün aralarında sözlü mübahisə yaranıb: “Bu səbəbdən arvadım yataq otağına qayıtdı, uşaqlar isə yanımda qaldı. Övladlarımla oynayan zaman içəri kiminsə daxil olduğunu hiss etdim. Həmin şəxs arxadan hücum edərək, nalayiq ifadə işlətdi. Bir əli ilə boynumdan tutdu, digər əlindəki kəsici alətlə boğazımı kəsdi. Çevrilib əlini tutmağa çalışsam da, o, boğazıma zərbələr vurmaqda davam edirdi. Zülfiyyə qaçaraq, yanımıza gəlib bizi ayırmaq istəyirdi. Bıçağı həmin şəxsin əlindən alandan sonra gözlərimin qaraldığını və çoxlu qan itirdiyimi hiss etdim. Küçəyə qaçıb qonşuları köməyə çağırdım. Hadisədən sonra arvadımla boşandım”. “Bir ildən sonra Xəyal Ramazanovla tanış olduq. Xəyal birinci evliliyindən olan qızına görə hər ay aliment ödəyirdi. Xəyalın məni döyməsi ilə əlaqədar 2021-ci ilin yay aylarında 8-ci Polis Bölməsinə şikayət etmişdim. 2025-ci ilin mart ayında sosial şəbəkədə Kənan Məmmədzadə ilə tanış olmuşam. Bir müddət danışandan və bir-birimizi tanıyandan sonra görüşməyə başladıq. Kənana bir neçə aydan sonra yoldaşımla rəsmi boşanacağımı demişdim. Bir neçə dəfə Kənanın tapdığı müxtəlif evlərdə intim əlaqədə olmuşuq. Bundan başqa o, 2-3 dəfə yaşadığım evə də gəlib. Mayın 29-da baş verən məlum hadisədən sonra həkimlər Xəyalı xəstəxanaya apardılar. Sonra hadisə yerinə polis əməkdaşları gəldi. Xəyal xəstəxanadan qayıdanda, mən şəxsi əşyalarımı yığdım və uşaqları da götürüb evdən çıxdım. Ərimdən boşanandan sonra əvvəlki Əzimzadə soyadımı götürdüm. Hadisə baş verən gün Xəyal məni döyüb, əlindəki bıçaqla məni öldürmək istəyirdi. Baş verənləri eşidən Kənan müdaxilə edərək, ərimlə dalaşdı”. Geri qayıt |