Əsas Səhifə > Güney Press / Ana xəbər > Klassik geopolitika və ya geopolitik tələ

Klassik geopolitika və ya geopolitik tələ


19-06-2014, 15:15
Klassik geopolitika və ya geopolitik tələ
2007 ci ilin yazı. Estoniyanın paytaxtı Tallinn şəhərinin kücələrində qarışıqlıq yaradan insan kütlələri mağazaların və ticarət obyektlərinin qapı – qəncərələrini sındıraraq qarətçiliklə məşğul olurlar. Polis isə son anda qarətin və qarışıqlığın qarşısını almağa nail olur. 2007 ci ildə Tallinndə baş vermiş bu hadisələr heçdə sosial və iqtisadi tələblərdən irəli gələn hadisələr deyildi.

Küçələrə çıxaraq mağaza və avtomobillərin şüşələrini sındıranlar isə estoniyada yaşayan milliyətcə ruslar idi. Onlar, ikinci dünya müharibəsində döyüşmüş və Estoniyanı işğal etmiş rus əsgərlərinin şərəfinə ucaldılmış monumentin şəhərin mərkəzindən götürülməsinə müqavimət göstərirdilər. Bəli, bu heykəl Estoniyada yaşayan ruslar üçün rus imperiyasının simvolu idi. Həmin hadisələr zamanı rəsmi Moskva ilə Tallinn arasında ciddi qarşıdurma yaranmışdı. 2007 ci ildə Estoniyadakı “beşinci kolon” dan istifadə etməyə cəhd göstərən rusiya nəticədə geri çəkilməyə məcbur oldu.

Lakin, imperiyanın müvəqqəti olaraq geri çəkilməsi özünü çox gözlətmədi. Təxminən bir ildən sonra “Şimal ayısı” pəncəsini cənuba, Gürcüstana uzatdı. Mehz 2008 ci ilin mart ayında Rusiyanın Gürcüstana açıq formada herbi təcavüzü nəticəsində Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən işğal edildi. Beləliklə, hələ 2008 ci ildə SSRİ nin süqutundan sonra Rusiya ilk defe olaraq hərbi yolla geopolitik genişlənməsini reallaşdırdı. Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərini işğal etməklə Rusiya 13.560 min km2 ərazi üzərində nəzarəti ələ keçirmiş oldu.

Əslində, Gürcüstan müharibəsi soyuq müharibə dövründən sonra yaranmış “Təkqütblü Dünya” tendensiyasının sona çatdığını bildirən ilkin əlamət kimi də qəbul edilə bilər. Rusiya hələ o zaman yenidən “Alternativ Qlobal ” güc mərkəzindən biri kimi iddiasını ortaya qoymuşdur. Lakin, görünür o zaman rəsmi Vaşinqtonda və Avropada bunu bir o qədərdə ciddi qəbul etməmişlər. Bəlkədə Qərbdə bu çür yanaşmaya “Klassik Geopolitika” dan imtina edilməsi olub. Lakin, Suriya krizisi və bu il martında Ukraynada baş verən hadisələr “Klassik Geopolitika” nı yenidən gündəmə gətirdi.

Təbii ki, ilk olaraq Rusiyanın indiki geopolitik inkişaf tendensiyasına qısaca olaraq nəzər salmaq vacibdir.

1991 ci il SSRİ вЂ“ nin süqutundan sonra Rusiya geopolitikasını üç mərhələyə bölmək olar:

* 1991 – 2000 ci illər. Bu dövr prezident B.Yeltsinin hakimiyyəti illərini əhatə edir. Həmin dövr üçün Rusiya Federasiyasının əsas hədəfi “Mərkəzdənqaçma” tendensiyasının qarşısını almaq və Rusiyanı mövcud sərhədlər daxilində varlığını qoruyub saxlamaqdan ibarət idi.

* 2000 – 2008 ci illər. İkinci mərhələni əhatə edən bu illər əsasən V.Putin (birinci prezidentliyi dövrü) və D.Medvedyevin prezidentliyi dövrlərini əhatə edir. Həmin dövrün əsas xarakterik cəhəti Rusiya Federasiyasının “Daxili geopolitikası” nın nizama salınması ilə xarakterizə edilə bilər. Burada əsas hədəf, Federasiya subyektləri üzərində məkəzi hakimiyyətin möhkəmləndirilməsinə nail olmaq idi.

* 2008 mart – sonrakı dövr. Üçüncü mərhələ Rusiyanın sərhədlərindən kənarda geopolitik maraqlarını reallaşdırması mərhələsi kimi qəbul etmək olar. Bu geopolitik genişlənmə ilk növbədə keçmiş SSRİ ərazisində müşahidə olunur.

Lakin, nəzərə almaq lazımdır ki, Rusiyanın geopolitik genişlənməsi qanunauyğun formada deyil, yalnız hərbi faktor vassitəsilə həyata keçirilir. Əslində bu çür genişlənmə tarixi baxımdan Rusiya imperiyası üçün xarakterikdir.

Ən əsas problem ondadır ki, Rusiya siyasi rejimi tarixdə olduğu kimi XXI əsrdə də, hərbi – feodal idarəçilik prinsiplərinə əsaslanır və bu rejimin demokratiyaya transferi mümkünsüz görünür. Buna misal olaraq hələ 1968 ci ildə Çexoslovakiyada baş vermiş hadisələri göstərmək olar. Həmin dövrdə A.Dubçik tərəfindən islahatlar cəhdinin qarşısı sovet tankları tərəfindən alınmışdı. Lakin, təxminən 20 ildən sonra M.Qorbaçov tərəfindən vaxtilə A. Dubçikin həyata keçirmək istədiyi islahatların tətbiqinə cəhd, Sovet imperiyasının dağılmasına səbəb oldu. Təbii ki, bunu Kremldə çox gözəl başa düşürlər. Bu baxımdan, Rusiya daxili siyasətini təhlil edərkən bu faktoru nəzərə almamaq mümkün deyil. Rusiyanın siyasi sistemi və idarəçiliyi hələ ki ona nəhəng potensial imkanlarının aktiv gücə çevrilməsinə imkan vermir.

Ukraynaya təcavüz Putin avtoritarizminə əsaslanan Rusiyanın beynılxalq münasibətlərdə soyuq müharibə dövrünün prinsiplərindən xilas olmadığını göstərdi. Elə buna görədir ki, Rusiya yenə də, dünyanın qeyri – demokratik, diktatura rejimlərini hər vassitə ilə müdafie etməyə çalışır. Bu xüsusilə də, keçmiş sovet respublikalarındakı siyasi rejimlərə aiddir. Burada sadəcə olaraq ideoloji fərq ondan ibarətdir ki, kommunizm ideologiyasını “Veliko Rus” ideologiyası əvəz edib.

Soyuq müharibə zamanında qlobal qütbləşmədə iştirak edən ölkələr daha çox ideoloji prinsiplər əsasında yerlərini müəyyənləşdirirdilər. Amma, bu gün SSRİ nin varisi rolunda çıxış edən Rusiya həmin “ideoloji müttəfiqləri” nin ağır yükünü daşımaq imkanına malik deyil.

Lakin bütün bunlara baxmayaraq, Rusiya özünün nəhəng “hərb maşını” na və təbii xammallarına arxalanaraq yenidən qlobal geopolitik oyunçu rolunda çıxış etməyə başlayıb.

Qlobal siyasətdə Rusiya alternativ güç mərkəzi kimi özünü Suriya krizisində də göstərdi. Təbii ki, Suriya krizisində qərbin ən böyük səhvi geopolitikanın əsas qanunlarından olan “Zaman Faktoru” nu qiymətləndirməməsi oldu. Məhz bu səhv, Əsəd rejiminin hakimiyyətdə qalmasına, Rusiyanın və İranın regionda mövqelərinin möhkəmlənməsinə səbəb oldu.

Suriya krizisində diqqəti cəlb edən məsələlərdən biri də, islamçı terror qruplarının yaranmış boşluqdan istifadə edərək Suriya ərazisinə daxil olmalarıdır. Həmin krizis zamanı bu qruplar müasir hərbi silahlara və maliyyə mənbələrinə çıxış əldə etdilər. Eyni zamanda, bu çür qruplar daha mütəşəkkil şəkildə təşkilatlanaraq praktik hərbi təcrübəyə malik oldular. İndi, regionun digər ölkələri həmin təşkilatların hüçum təhlükəsi ilə üz – üzə qalıb. Əgər belə olarsa, bu qrupların tezliklə, regionda geopolitik aktorlardan birinə çevrilmə etimalı daha real görünür.

Bununla yanaşı, Suriya krizisi regionda İranın nüvə dövləti olaraq qərb tərfindən de – yure tanınması ilə nəticələndi.Eyni zamanda, bu krizis Vaşinqtonu “Böyük Yaxın Şərq” layihəsindən imtina etməyə məcbur etdi. Təsadüfi deyil ki, “Ərəb baharı” dalğasında Tunisdə və Misirdə hakimiyyətə gətirilmiş islamçılar tezliklə hakimiyyətdən uzaqlaşdırıldılar, layihənin regional icraçıları və sponsorları olan Qətər və Türkiyə hakimiyyətlərinə münasibət isə kifayət qədər dəyişmiş oldu.

Maraqlıdır ki, Suriya krizisində kifayət qədər geopolitik oyun nümayiş etdirən Moskva onun üçün geopolitik baxımdan daha əhəmiyyətli olan keçmiş sovet məkanında bu cür oyun nümayiş etdirə bilmir.

Sirr deyil ki, Rusiya HEARTLAND üzərində hegemonluğunu bərpa etmədən real qlobal geopolitik güc mərkəzi statusuna iddia edə bilməz.

SSRİ nin süqutu ilə HeartLand dəki güc mərkəzi iqtisadi, hərbi – siyasi və ideoloji baxımdan parçalanmış vəziyyətdədir. Lakin, bu güç hələ tam məhv edilməmiş və revanş götürmək iddiasında olduğunu açıq formada bəyan edir. Bunu ilk növbədə Rusiyanın keçmiş sovet respubllikalarına istiqamətlənmiş siyasətində görmək olar.

Təbii ki, Krımın Rusiya tərəfindən anneksiyası onun geopolitik genişlənməsi kimi qəbul edilməlidir. Krım, rusiya geopolitikası üçün isti sulara birbaşa çıxışda “plasdarm” rolunu oynayır. Eyni zamanda, Qara Dəniz hövzəsində möhkəmlənməklə Rusiya geopolitik baxımdan “Dəniz Qüdrəti” nə malik olan dövlət statusuna nail olmaq istəyir. Daha dəqiq desək, Rusiya “Geopolitik dualizm” i özündə cəmləşdirməyə çalışır. Doğrudur, Rusiya sərhədlərinin böyük bir ərazisi sularla (Şimal ərazisi Şimal Buzlu Okanı) əhatələnib. Lakin, Şimal Buzlu Okeanı dünya siyasətində əhmiyyətli coğrafi mövqeyə malik deyil. Bununla yanaşı nəzərə almaq lazımdır ki, həmin sular iqlim baxımından və daim buzlaqlarla əhatələndiyindən gəmiçilik üçün əlverişli sular hesab edilmir. Bunun əksinə olaraq, isti sulara çıxış üçün Qara Dəniz strateji əhmiyyətə malikdir. Ancaq, hələ sovetlər ittifaqı zamanı Rusiya Qara Dənizdə hegemon dövlət statusuna malik olsa da, qlobal şəkildə “Dəniz Dövləti” statusuna nail ola bilməmişdir. Bununsa əsas səbəbi, rusiyanın “Həyat məkanı” nın dənizdə deyil, torpaq üzərində olmasıdır. Təsadüfi deyil ki, Rusiya tarixən ən böyük Tellurokratia qüdrəti kimi tanınıb. Nəhəng sovet imperiyasının nail ola bilmədiyi statusa zəifləmiş ruiyanın nail olacağına ciddi şübhə ilə yanaşmaq olar.

Krımı annaeksiya etməklə Rusiya digər bir tərəfdən qərb istiqamətində özü üçün strateji baxımdan ciddi problemlərin əsasını qoyub. Məlumdur ki, son hadisələrdən sonra Ukrayna Rusiya üçün birdəfəlik itirilmiş məkana çevrilib. Bununla yanaşı, Ukraynanın NATO ya və Avropa Birliyinə üzvülüyü məsələsi sürətlənmiş oldu. Belə olduqda, NATO Rusiyanın qərb sərhədlərinə birbaşa çıxış imkanı əldə etmiş olacaq. Daha dəqiq desək, soyuq müharibə dövrü başa çatdıqdan sonra , Şərqi Avropa üzərində nəzarəti ələ keçirmiş Talassokratia qüdrəti HeartLand in qərb ərazisinin böyük bir hissəsinə nəzarət imkanı əldə edib.

HeartLand in daha vacib məkanını təşkil edən Mərkəzi Asiya üzərində nəzarət məsələsində də, Rusiya ciddi problemlə - Çin faktoru ilə üzləşib. Belə ki, Suriya krizisində vahid mövedən çıxış edən Moskva və Pekin Mərkəzi Asiya regionunda fərqli strategiya yeridirlər. Təsadüfi deyil ki, Çinin iqtisadi baxımdan region ölkələrinə sürətlə nüfuz etməsi Rusiya tərəfindən ciddi narahatçılıqla izlənir. Lakin, indiki şəraitdə rəsmi Moskva Pekinlə nüfuz uğrunda rəqabət imkanına malik deyil. Xüsusilə də, Ukrayna hadisələri ilə əlaqədar olaraq qərb dövlətləri tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar əslində, Moskvanı Pekindən asılı vəziyyətə salıb. Heçdə təsadüfi deyil ki, qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalarından sonra prezident Putin Pekinə səfər edərək Çinlə neft müqaviləsi imzalamğa məcbur oldu.

Artıq məlumdur ki, Rusiyanın Suriya məsələsində uğurunun əsasında əslində, Çin faktorunun dayanması olmuşdu. Əlbətdə, Çin dünyanın müxtəlif regionlarında lazım olduqda Rusiyanı müdafiə etsə də, onun yenidən qlobal geopolitik oyunçuya çevrilməsində maraqlı deyil. Bu, ilk növbədə Çinin geopolitik maraqları ilə zidiyyət təşkil edir.

Göründüyü kimi, Rusiyanın HearLand yenidən öz nəzarəti altına alaraq vahid güç mərkəzi formalaşdırmaq imkanları kifayət qədər problemli görünür. İlk baxışda Putin siyasəti uğurlu görünsə

də, strateji baxımdan Rusiyanı ciddi geopolitik tələyə salıb. Bunu belə də ifadə etmək olar: HEARTLAND çırpındıqca Anakonda daha bərkdən sıxmağa başlayıb.

Rusiyadan fərqli olaraq, müasir dünyanın real qlobal geopolitik güc mərkəzi olan ABŞ bəzi regionlarda geopolitik uğursuzluqlarla üzləşməli olub. Buna misal olaraq, yuxarıda qeyd etdiyimiz Suriya krizisini və İraqı göstərmək olar.

ABŞ prezident B.Obama sələfi C.Buşdan fərqli olaraq hərbi gücdən istifadəyə skeptik yanaşır. Əslində Obama administrasiyasının bu cür yanaşması təsadüfi deyil. Doğurdan da, İraq müharibəsi ərəfəsində ABŞ la qərb müttəfiqləri arasında ciddi fikir ayrılığının olması müəyyən problemlər yartmışdı. Həmdə, bu müharibə qlobal şəkildə anti – Amerikanizmlə müşahidə olundu. Doğrudur sonralar, 2009 cu il Davos konfransı zamanı baş vermiş insident və bir müddət sonra təşkil edilmiş“Mavi Mərmərə” hadisələri Türkiyənin aktiv iştirakı ilə qlobal anti – Amerikanizm gündəmi anti – Semitizmlə evez edildi.

Təsadüfi deyil ki, Ukrayna hadisələrində Kiyevə açıq formada dəstək verməklə Vaçinqton RimLand ərazisini HeartLand hesabına genişləndirmək imkanı əldə edib. Ağ Evdə cox yaxşı başa düşürlər ki, Rusiyanın HeartLand üzərində nəzarəti bərpa etmək istəyinə münasibətdə digər güc mərkəzləridə ABŞ la eyni mövqedədirlər.

Təbii ki, bu gün Rusiya ilə bir tandemdə çıxış edən İranın strateji baxımdan Rusiya ilə eyni blokda olması real görünmür. İran da, Çin kimi Mərkəzi Asiya regionunda Rusiya ilə strateji rəqabətdədir. Bu rəqabət eyni zamanda Cənubi Qafqaz regionunu da əhatə edir. Əslində, Yaxın Şərq regionunda gedən geopolitik oyunda nəticə etibarı ilə İran daha çox qazanan tərəf kimi görünür. Bu uduşlu vəziyyətin əsası hələ ötən əsrin 90 cı illərinin əvəllərində qoyulmuşdu.

Belə ki, SSRİ süqut etdikdən sonra , ABŞ Yaxın Şərq regionunda şəriksiz lider statusuna malik olmuşdu. Lakin, həmin dövrdə rəsmi Moskva yaranmış vəziyyətlə barışa bilməzdi. Eyni zamanda, həmin dövrdə Rusiya açıq formada regionda ABŞ la rəqabət aparmaq imkanına malik deyildi. Amerika hegemonluğuna qarşı regionda balans yaratmaq üçün Rusiya region ölkələrindən birini gücləndirmək siyasəti yeritməyə başladı. Bu isə ideoloji baxımdan ABŞ a qarşı düşmən mövqedən çıxış edən Tehran rejimi idi. Buna nail olmaq üçün Moskva Tehran rejimini müasir hərbi texnologiyalarla təchiz etməyə və iran ərazisində nüvə obyektlərinin inşasında yaxından iştirak etməyə başladı. Həmin fəaliyyət artıq öz bəhrəsini verməyə başlayıb. Belə ki, İran artıq nüvə dövləti statusuna malik olan ölkə kimi tanınıb. İranın geopolitik statusu yaxın perspektivdə ona, Rusiyanı regiondan açıq formada sıxışdırmaq imkanı verir.

Ərəb ölkələri ilə strateji əməkdaşlığa malik olmayan Rusiya regionda mümkün ola biləcək ABŞ вЂ“ İran tandemi ilə üzləşməli olacaq. Əslində, bu cür vəziyyət Vaşinqtonun regionda geopolitik manevr imkanlarını daha da genişləndirir. Rusiyadan fərqli olaraq, ABŞ ərəb ölkələrinin liderləri və şeyxləri ilə ənənəvi əməkdaşlığa malikdir. Eyni zamanda, ərəb ölkələri iqtisadi və hərbi baxımdan ABŞ və Avropa ilə daha sıx əlaqələrdədir. Vaşinqton üçün bu da məlumdur ki, region ölkələrinin siyasətinin formalaşmasında dini təriqətlər anlayışı böyük rol oynayır. Məhz bu faktor şiə İranının regionda mümkün ola biləcək geopolitik inkişafının qarşısını ala biləcək əsas faktordur. Bununla yanaşı, İran faktorunun mövcudluğu ərəb ölkələrini ABŞ la daha da yaxınlaşmağa məcbur edəcək. Necə ki, Rusiya faktoru Şərqi Avropa ölkələrini təhlükəsizlik baxımından Vaşinqtonla yaxınlaşmağa məcbur edir.

Göründüyü kimi, əslində Rusiya Yaxın Şərq regionunda da özünü geopolitik tələdə hiss edir.

Təbii ki, bu qısa təhlildən məlum olur ki ABŞ hələ də, yeganə qlobal geopolitik oyunçu olaraq qalmaqdadır. Eyni zamanda, qlobal hegemonluq qlobal öhdəliklər deməkdir. Lakin, heç bir dövlət o cümlədən ABŞ bu cür öhdəlikləri təkbaşına öz üzərinə götürmək imkanına malik deyil. Buna görə də, ABŞ qlobal nüfuz dairəsini digər mərkəzlərlə – Avropa Birliyi, Rusiya, Çin və İran kimi regional güç mərkəzləri ilə bölüşməyə məcburdur.

Bu çür qlobal geopolitik konfikurasiyada Cənubi Qafqaz regionu da xüsusi əhəmiyyətə malikdir.

(Ardı var)

Surxan Lətifov xüsusi olaraq DİA.AZ üçün...

Geri qayıt