Əsas Səhifə > Güney Press / Ana xəbər > Hafkanın işdən çıxardığı elektrik işsizlikdən özünü öldürdü
Hafkanın işdən çıxardığı elektrik işsizlikdən özünü öldürdü19-06-2014, 14:08 |
![]() Hafta.az-ın verdiyi xəbərə görə, bu haqda Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. M.Qəhrəmanlı bildirib ki, təxminən 40-45 yaşlı Kövsərov Etibar Nadir oğlu “Bahar Energy Ltd”də elektrik işləyirdi. Yanvar ayında onu da işdən azad ediblər. “Hafka” belə istəmişdi. Etibar Kövsərov özünə iş tapa bilmirdi. İki gün qabaq bağında özünü asaraq intihar edib”. Bahar Energy Ltd şirkətinin əsas payçılarından biri “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədovun “Baghlan Group” şirkətidir. Geri qayıt |