Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıt Telekommunikasiya Qovşağının rəisi oliqarxa necə çevrildi
Sumqayıt Telekommunikasiya Qovşağının rəisi oliqarxa necə çevrildi18-06-2014, 17:49 |
![]() Bir neçə ay əvvəl Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov dövlət büdcəsindən ayrılmış pulların bir qismini fibrooptik kabellərin çəkilişi zamanı mənimsədiyi barədə məlumat verilmişdi. Məlumatda qeyd olunur ki, Əsgərov bir sıra В«əməliyyatlarВ» həyata keçirməklə 300 min manata yaxın vəsaitə sahib olub. Bizimxeber.az-a daxil olan məlumata görə, hələ iki il əvvəl Sumqayıt şəhərindəki 5, 6 və 7 saylı ATS-lərin elektronlaşdırılması prosesi həyata keçirilib. Dövlət tərəfindən bu işlərin reallaşdırılmasına 2 milyon manat vəsait ayrılıb. Akif Əsgərov başqa bir varianta əl atıb. Belə ki, ATS-lər yeniləşdikdən sonra fərdi nömrələrə görə vətəndaşlardan 10 manat, cütləşmiş (В«blokirovkaВ») nömrələrə görə isə 30 manat alınıb. Həmin vaxt tələb olunan pulu verməyənlərin telefonları kəsilib. Akif Əsgərovun işçiləri obonentlərə deyirmişlər ki, dövlət ATS-ləri elektronlaşdırıb və bunun üçün 2 milyon manat pul xərcləyib. Ona görə də, həmin məbləği yığaraq dövlətə vermək lazımdı. Aydın məsələdir ki, bu deyilənlər sadəcə, bəhanə olub. Çünki dövlət bu cür layihələri həyata keçirən zaman ayırdığı pulları xidmət göstərilən müddətdə toplayır. Daha doğrusu, ayrılan vəsait təmənnasız pullardır və onlar zaman içində göstərilən xidmətin müqabilində geri dönür. Akif Əsgərov isə vəziyyəti yaxşı bildiyindən bu layihəni həm də özünün gəlir mənbəyinə çevirib. Bundan sonra Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov şəhərin ən bahalı yeri olan hüseyn Cavid prospektində bahalı ev alır… Kimlərəsə maşın bağışlayır…və s. Daha dəqiq təfərrüatlar barədə məlumat verəcəyik… Ümumiyyətlə, Bakıda və regionlarda fəaliyyət göstərən ATS -lərin fəaliuyyəti, onların abonentlrə verdiyi zəif internet xidmətlərindən və maxinasilayalar barədə yaxın günlərdə məlumat verəcəyik… Geri qayıt |