Əsas Səhifə > Güney Press > Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş

Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş


Bu gün, 16:24

Serj Sarqsyanın qohumuna məxsus səhmlər və böyük məbləğdə vəsait müsadirə olunacaq

Modern.az xəbər verir ki, Ermənistanda Antikorrupsiya Məhkəməsi sabiq prezident Serj Sarkisyanın qardaşı qızı Ani Sarqsyana məxsus əmlakın müsadirə edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, Ani Sarqsyana məxsus “Areni” kiçik su elektrik stansiyasının 39 341 səhmi dövlətin xeyrinə müsadirə olunacaq.

Bundan əlavə, onun bank hesablarında saxlanılan vəsaitlər də müsadirə ediləcək. Söhbət 864 min ABŞ dolları, 32 min dollar, 1690 avro məbləğində vəsait və həmin məbləğlər üzrə hesablanmış faizlərdən gedir.


Geri qayıt