Əsas Səhifə > Güney Press > Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdiBu gün, 10:05 |
|
Nəsimi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən İsmət Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad ediib və iş üzrə icraata xitam verilib. İsmət Babayev barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub. İttihama görə, təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə heç bir real səlahiyyəti və imkanı olmadığı halda tanışı, zərərçəkmiş Ladiq Məhərrəmovu (adı, soyadı şərtidir) aldadıb. İsmət Babayev özünü guya geniş əlaqələrə malik şəxs kimi təqdim edərək həmin əlaqələr vasitəsilə zərərçəkmiş şəxsi 26 000 manat müqabilində Dövlət Gömrük Komitəsində işlə təmin edəcəyinə dair yalan vəd verib. İş materiallarına əsasən, təqsirləndirilən şəxs bu vədlərlə zərərçəkmiş şəxsin etibarını qazanaraq pul vəsaitlərini hissə-hissə ələ keçirib. Belə ki, Ladiq Məhərrəmovun tanışı vasitəsilə göndərilən və ümumilikdə həmin dövrün məzənnəsinə görə 25 840 manat təşkil edən 15 200 ABŞ dolları məbləğində pul müxtəlif vaxtlarda ona təqdim olunub. Toplanmış sübutlara görə, həmin vəsaitlər alındıqdan sonra İsmət Babayev verdiyi vədə əməl etməyib və beləliklə, zərərçəkmiş şəxsə ümumilikdə 25 840 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulub. Məhkəmə iclasında dindirilən İsmət Babayev ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, ifadəsində əvvəllər də məhkum olunduğunu deyib. Geri qayıt |