Əsas Səhifə > Güney Press > “Dırnaq ustası studiyaya girib müğənni olur”

“Dırnaq ustası studiyaya girib müğənni olur”


Bu gün, 14:47

“Dırnaq ustası baxır ki, elə mən də müğənni olsam, daha çox pul qazanaram”.

Yenicag.az xəbər verir ki, bu sözləri Qurd ləqəbi ilə məşhurlaşan reper Fərid Eminov “Xəzər axşamı” proqramında deyib.

Sənətçi başqa sahələrdən sənətə gələn bəzi qadın müğənnilərlə bağlı qalmaqallı fikirlər səsləndirib:

“Dırnaq ustası baxır, deyir, elə mən də müğənni olsam, daha çox pul qazanaram. Girir studiyaya, onun-bunun mahnısını oxuyur, gedir restoranda özünü müğənni kimi təqdim edir. İndiki dövrdə də qadın müğənniyə kişi müğənnidən daha çox tələbat var. Çünki indiki dövrdə də başqa cür olub. Baxırsan, qadın müğənni elə tərzdə, elə geyimdə efirə çıxır ki, bununla başqa cür cəlb edirlər. Olmaz belə… Düzdür, son vaxtlar efirlərin üzərinə düşüblər…”


Geri qayıt