Əsas Səhifə > Güney Press > Ermənilər Trampı şantaj etməyə başlayıb
Ermənilər Trampı şantaj etməyə başlayıbBu gün, 14:35 |
|
“The Washington Times” qəzeti Tramp administrasiyasını qondarma erməni soyqırımını rəsmi olaraq tanımağa çağıran bir məqalə dərc edib. “Cebheinfo.az”-ın məlumatına görə, adıçəkilən nəşr 24 aprel “erməni soyqırımı”nın anım günü ərəfəsində qeyd edib ki, hazırkı şəraitdə bu qərar tarixi simvolizmin hüdudlarından kənara çıxır. Özünü “soyqırım”dan sağ çıxanların nəvəsi kimi təqdim edən məqalə müəllifi yazır ki, “soyqırım”ın 2019-cu ildə Konqres və 2021-ci ildə prezident tərəfindən rəsmi olaraq tanınmasına baxmayaraq, hazırkı administrasiya son bir ildə “soyqırım” sözündən yayınaraq onu “böyük fəlakət” və “tarixi faciə” kimi qeyri-müəyyən terminlərlə əvəz edib. Məqalə müəllifi növbəti cümlələrində Prezident Trampı gah İran məsələsi ilə, gah da uydurma erməni soyqırımını tanımamaqla ABŞ-yə problem yaratmaqla şantaj etməyə cəhd göstərib: “Bu ritorik imtina artıq erməni diasporunun lokal səviyyədə məyusluğu deyil. Bu, 100-dən çox uşağın ölümünə səbəb olan İran məktəbinə hücum da daxil olmaqla, hücumların mütənasibliyi ilə bağlı qızğın müzakirələr fonunda populyar olmayan müharibə aparan bir ölkə üçün ciddi problemə çevrilib”. “The Washington Times” qəzeti, həmçinin Vaşinqtonun susqunluğunu Trampın xarici siyasət nailiyyətlərindən biri kimi təqdim etdiyi Cənubi Qafqaz regionunda sülhlə nizamlanmanın taleyi ilə əlaqələndirir. “Tanımaq etibarın valyutasıdır. Əgər prezident beynəlxalq ictimaiyyətin müharibədən sonrakı Yaxın Şərqdə ədalət və sabitlik barədə Amerika nağılına inanmasını gözləyirsə, eyni zamanda keçmiş “cinayət”lərlə bağlı xarici təzyiqlərə güzəştə gedə bilməz”,-deyə erməni müəllif yazıb. Geri qayıt |