Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA:
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA:Bu gün, 13:07 |
|
ABŞ və İran arasında davam edən gərginlik regionda irimiqyaslı nəqliyyat layihələrinin gələcəyini çətinləşdirir. KONKRET.az xəbər verir ki, xüsusilə, İranla sərhədə yaxın ərazilərdən keçməsi planlaşdırılan TRIPP marşrutunun reallaşması bir sıra risklərlə üz-üzədir.
O, bildirib ki, münaqişə uzandıqca alternativ ideyalarla çıxış edən ölkələrin fəallığı artacaq. Bu kontekstdə Rusiya və Gürcüstanın rolu xüsusilə diqqət çəkir.
De Vaalın fikrincə, İranın TRIPP layihəsinin qarşısını almaq üçün müəyyən rıçaqları var. Lakin həlledici amil münaqişənin nəticəsi olacaq. Ekspert əlavə edib ki, bu cür qeyri-müəyyənlik investorların layihəyə marağını azalda bilər. Onun sözlərinə görə, TRIPP layihəsi həyata keçirilsə, Rusiya bundan yararlanmağa və ABŞ-la əməkdaşlıq etməyə hazır olacaq. Əks halda isə Moskva özünün İranla daha yaxşı əlaqələrini önə çəkərək alternativ tərəfdaş kimi çıxış edə bilər. Buna baxmayaraq, ekspert hesab edir ki, ABŞ administrasiyasının TRIPP layihəsinə marağı azalmayıb. Layihə Ağ Ev və xüsusilə Donald Tramp üçün böyük əhəmiyyət daşıyır. Onun adını daşıyan bu təşəbbüs həm də siyasi nüfuz məsələsi kimi qiymətləndirilir. ABŞ-ın planın uğurla həyata keçirilməsi üçün ciddi səylər göstərməsi gözlənilir. Geri qayıt |