Əsas Səhifə > Güney Press / Ana xəbər > ASAN Xidmətindən də şikayət var: Qarabağ əlilini incidirlər

ASAN Xidmətindən də şikayət var: Qarabağ əlilini incidirlər


18-06-2014, 15:40
ASAN Xidmətindən də şikayət var: Qarabağ əlilini incidirlər
arandığı gündən insanların razılıqla qarşıladığı, işləri təsəvvürəgəlməz dərəcədə asanlaşdıran xidmətdən şikayət daxil olub. Redaksiyamıza müraciət edən müharibə veteranı bildirir ki, ASAN xidmətin Yasamal rayon filialında ömrünü vətən yolunda fəda edən bir Qarabağ əlilinə qarşı sayğısızlıq göstəriblər: "İşinin asanlıqla həll olunacağını düşünən müharibə veteranı sözügedən dövlət qurumuna müraciət etdiyinə görə peşman olduğunu bildirir:

"Adi bir kağızın kserokopiyası üçün məni metronun yanına göndərdilər. Mənim kimi yaşlı adamı get-gələ saldılar. O böyüklükdə qurumda bir kağızı ksereks edən tapılmadı. Bunun nəyi asan xidmətdir? Bu, Qarabağ əlilinə qarşı sayğısızlıqdır. Bunun harası asan xidmət oldu. Bu qurum da digər dövlət müəssisələri kimi adamı get-gələ salır. Əgər sağlamlığını vətən yolunda itirən, daim torpaqlarımızın keşiyində duran bir şəxsə, müharibə veteranına qarşı bu cür laqeyd münasibət göstərirlərsə, demək digər şəxslərə bundan da artıq hörmətsizlik edirlər. Halbuki hamı tərifləyirdi ki, bu qurum həqiqətən də hamının arzuladığı, analoqu olmayan bir qurumdur. Belə çıxır ki, buna göz dəydi. Xahiş edirəm aidiyyəti qurumlar mənim səsimi eşitsinlər və sağlamlığını Vətən yolunda itirmiş və yeri gələrsə bundan sonra da canını qurban verməyə hazır olan bir Qarabağ əlilinin səsinə səs versinlər. ASAN Xidmətin Yasamal rayon filialında çalışanları bu cür laqeyd münasibətlərə son qoymağa çağırsınlar”.

Müharibə veteranının dediklərinə diqqət yetirsək, görərik ki, həqiqətən də bu vaxta qədər sözügedən qurumdan heç bir şikayət olmayıb. Görünür, adıçəkilən dövlət müəssisəsi vətəndaşların onlara olan güvənindən sui-istifadə edərək digər dövlət qurumları kimi vətəndaşları get-gələ salaraq işlərini çətinləşdirməklə öz işlərini asanlaşdırmağa çalışırlar. Vətəndaşların onlara olan inamından istifadə edərək süründürməçiliyə yol verirlər.

Halbuki bu xidmət yaradılan zaman bildirirdilər ki, Vətəndaşlara xidmət və sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tərkibində "Asan xidmət” Mərkəzlərinin yaradılması mühüm antikorrupsiya tədbirlərindən biridir. Bu mərkəzləri vətəndaşlara qısa müddət ərzində vahid məkandan keyfiyyətli, rahat, heç bir korrupsiya və ya digər neqativ hallar olmadan dövlət xidmətlərini göstərəcək. Əsas da sözgedən qurumun vətəndaşların işini sözün əsl mənasında asanlaşdıracaq kimi fikirlər səslənirdi. Lakin müharibə iştirakçısının redaksiyamıza etdiyi müraciətindən sonra bu qurum adına uyğun fəaliyyət göstərmədiyini göz önündədir. Görünür, orada çalışanlar vətəndaşların işini yox, öz işlərini asanlaşdırmağa çalışırlar. Ümid edirik ki, səlahiyyətli şəxslər ASAN Xidmətin Yasamal rayon filialında bu məsələ ilə bağlı ölçü götürəcək.

Qeyd edək i, "ASAN xidmət” mərkəzləri (bundan sonra - mərkəzlər) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra - Dövlət Agentliyi) tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.

P.S. Xidmətin Cəbrayıldan olan məcburi köçkün əməkdaşı deyir ki, gedin hara istəyirsiniz şikayət edin. Onsuz da Fuad müəllim bilir nə etmək lazımdır. Biz sual edirik: Görəsən, bu hansı Fuad müəllimdir?
\\ gundelik-bakı \\
Geri qayıt