Əsas Səhifə > Güney Press > Çin masada İranın yanında
Çin masada İranın yanındaBu gün, 16:57 |
|
“Hörmüz boğazı normal gəmiçilik üçün açıq qalmalıdır ki, bu da regional ölkələrin və beynəlxalq ictimaiyyətin ortaq maraqlarına uyğundur”. “Cebheinfo.az”-ın məlumatına görə, Çin Xalq Respublikasınıən sədri Tsi Szinpin belə deyib. Çin liderinin “normal gəmiçilik” ifadəsini işlətməsi əslində, Hörmüzdən istifadə ilə bağlı müəyyən şərtin və ya məhdudiyyətlərin tətbiqi kimi başa düşülə bilər. Çox güman ki, Tsi Szinpin bu açıqlamanı verməklə dolayısı ilə İranın boğazdan hərbi gəmilərin keçidinə qoyduğu qadağanı dəstəkləyib. Yəni yük daşıyan gəmi və tankerlərdən fərqli olaraq, ABŞ hərbi gəmiləri Hörmüz boğazından keçə bilməz. Halbuki, Beynəlxalq Dəniz Hüququ Konvensiyasının 37-ci və 44-cü maddələrinə görə, boğazlardan sərbəst istifadə hüququ hərbi gəmilərə də aiddir. Lakin İran bu konvensiyanı ratifiksiya etmədiyinə görə beynəlxalq təşkilatlar və dövlətlər qarşısında hüququ öhdəlik daşımır. Çin rəhbırinin Hörmüz boğazını normal gəmiçilik üçün açmaq çağırışında ikinci məqam da İrana deyil, ABŞ-yə ünvanlanmış mesaj kimi qəbul edilməlidir. Yəni Tsi Szinpin dolayısı ilə ABŞ-dən boğaza tətbiq etdiyi blokadaya son qoymağı tələb edir. Şünki bu blokada ilk növbədə, İran neftinin Çinə daşınmasına maneə yaradır. Pakistanda İran və ABŞ nümayəndə heyətləri arasında aparılacaq danışıqların ikinci raundunun başlamasına bir neçə saat qalmış Çin liderinin belə bir açıqlaması ABŞ-nin Hörmüz boğazından çəkilməsi və blokadaya son qoymasını əsas şərt kimi gündəliyə gətirməsi müzakirələr masasında Tramp administrasiyasına diplomatik təzyiqi kimi başa düşülməlidir. Geri qayıt |