|
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün ofis sahələrini icarəyə götürmək istəyir. Yeniavaz.com xəbər verir ki, DSMF bu məqsədlə 3 tender müsabiqəsi elan edib. Qeyd edək ki, DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün icarəyə götürüləcək ofis sahəsinin tam təmirli və 2 200 kv. metr olmasını istəyir. 36 ay müddətinə icarəyə götürüləcək ofis üçün nəzərdə tutulan qiymət 1 milyon 37 min 520 manat (hər ay 28 min 820 manat) təşkil edir. Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün icarəyə götürüləcək ofis sahəsi isə tam təmirli və 3 000 kv. metr olmalıdır. 36 ay müddətinə icarəyə götürüləcək bu ofis üçün nəzərdə tutulan qiymət 2 milyon 73 min 600 manat (hər ay 57 min 600 manat) təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün icarəyə götürüləcək ofis sahəsi də 3 000 kv. metr olmalıdır. 12 ay müddətinə icarəyə götürüləcək bu ofis üçün nəzərdə tutulan qiymət 576 min manat (hər ay 48 min manat) təşkil edir.
Geri qayıt
|