Əsas Səhifə > Güney Press > Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb

Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb


Bu gün, 14:59

Macarıstanda parlament seçkilərində qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar, parlamentin ilk sessiyasının yekunlarına dair prezidentin qərarından asılı olaraq, mayın 9-da və ya 10-da baş nazir kimi and içəcəyini bildirib.

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.

Madyar əvvəlki təcrübədən kənara çıxacağını və parlamentin toplanacağı gün and içəcəyini bildirib.

Aprelin 12-də Macarıstanda keçirilmiş parlament seçkilərinin yekunlarına görə, müxalif partiyası "Tisa" Macarıstanın 199 yerlik parlamentində 138 yer qazanıb. Hakim "Fides" partiyası isə 55 yer alaraq məğlub olub.


Geri qayıt