|
Bu ilin ilk 2 ayında Azərbaycana 3 min 509,55 ton kərə yağı idxal olunub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verilir ki, idxal olunan kərə yağının ümumi dəyəri 22,7 milyon dollar (38,6 milyon manat) təşkil edib. Qeyd edək ki, idxal edilən kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 6,47 dollar (11 manat) olub. Ən çox kərə yağı İrandan gətirilib – 1 782,1 ton. Sonrakı yerlərdə Belarus (509,67 ton), Səudiyyə Ərəbistanı (363,1 ton), Ukrayna (259,2 ton) və Yeni Zelandiya (190,6 ton) qərarlaşıb. Ən az idxal isə Lüksemburqdan (0,01 ton), İtaliyadan (0,24 ton) və Estoniyadan (4,2 ton) qeydə alınıb. Qiymətlərə gəlincə, ən ucuz kərə yağı İrandan (1 kq – 9,24 manat) gətirilib. Ən baha məhsul isə Lüksemburqdan idxal olunub – hər kiloqram üçün 51 manat. Bundan başqa, İtaliya (18,8 manat) və Türkiyə (18,2 manat) ən bahalı məhsul göndərən ölkələr sırasında yer alıb. Bu ilin ilk 2 ayında kərə yağı Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib: İran – 1 782,09 ton (1 kq orta gömrük dəyəri 9,24 manat) Belarus – 509,67 ton (9,75 manat) Səudiyyə Ərəbistanı – 363,09 ton (15,19 manat) Ukrayna – 259,2 ton (11,50 manat) Yeni Zelandiya – 190,6 ton (14,48 manat) Finlandiya – 133,28 ton (17,22 manat) Almaniya – 120,37 ton (11,76 manat) Fransa – 78,47 ton (16,00 manat) Belçika – 20,71 ton (12,57 manat) Litva – 20,4 ton (12,30 manat) Polşa – 18,85 ton (10,67 manat) Türkiyə – 8,38 ton (18,24 manat) Estoniya – 4,2 ton (10,21 manat) İtaliya – 0,24 ton (18,77 manat) Lüksemburq – 0,01 ton (51,0 manat)
Geri qayıt
|