Əsas Səhifə > Güney Press > Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi yenidən məhkəmə qarşısında
Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi yenidən məhkəmə qarşısındaBu gün, 10:18 |
|
Paytaxtın Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. İttihama görə, Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Dövlət Siğorta Agentliyinə 200 min manatdan çox maddi ziyan vurub. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunub. İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Qasımov 7 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmədə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb. Geri qayıt |