Əsas Səhifə > Güney Press > ABŞ-nin Bakıdakı səfirliyi əşyalarını və avtomobillərini satışa çıxarır
ABŞ-nin Bakıdakı səfirliyi əşyalarını və avtomobillərini satışa çıxarırBu gün, 16:45 |
|
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib. Oxu.Az xəbər verir ki, hərrac platformasında müxtəlif kateqoriyalar üzrə mallar, o cümlədən nəqliyyat vasitələri, mebellər və elektron avadanlıqlar təklif olunur. Səfirliyin rəsmi məlumatına görə, Bakı üzrə növbəti hərrac sessiyası 20 aprel 2026-cı il, saat 10:00-da başlayacaq və 22 aprel 2026-cı il, saat 12:00-da başa çatacaq. Hərracda iştirak edənlər aşağıdakı kateqoriyalarda məhsullar üçün qiymət təklifi verə bilərlər: - Nəqliyyat vasitələri: İstifadə olunmuş xidməti avtomobillər. - Məişət avadanlıqları: Soyuducular, paltaryuyan maşınlar və s. - İT və texnika: Kompüterlər, monitorlar və telekommunikasiya cihazları. - Mebel: Ofis və ev üçün müxtəlif mebel dəstləri. Geri qayıt |