Əsas Səhifə > Güney Press > İran ABŞ-a göz dağı verdi:

İran ABŞ-a göz dağı verdi:


Bu gün, 16:30

İranın pilotsuz uçuş aparatları istehsalı 2025-ci ilin iyun ayında İsraillə 12 günlük müharibədən sonra on qat artıb.

Publika.az xəbər verir ki, bu barədə İran ordusunun baş qərargah rəisinin müavini Əlirza Şeyx məlumat yayıb.

"Pilotsuz uçuş aparatları istehsalı İsrail ilə on iki günlük müharibədən sonra on qat artıb. ABŞ və İsrail ilə son müharibədə İranın apardığı əməliyyatların planlaşdırılması hücumlarda həlak olan keçmiş baş qərargah rəisi Əbdürrəhim Musəvi tərəfindən əvvəlcədən müəyyən edilib və müvafiq hərbi qüvvələrə məlumat verilib”, - deyə o bildirib.

Şeyx xəbərdarlıq edib ki, əgər ABŞ və İsrail İrana yenidən hücum etsələr, əvvəlcədən müəyyən edilmiş strategiyalara uyğun olaraq cavab verəcəklər.


Geri qayıt