Əsas Səhifə > Güney Press > Paşinyan parlamentdə özündən çıxdı:
Paşinyan parlamentdə özündən çıxdı:Bu gün, 13:05 |
|
“Bəli, biz bir çox sahədə mafiya ilə mübarizə aparırıq və bu mafiya hər yerə yayılıb”. “Cebheinfo.az” xəbər verir ki, Baş nazir Nikol Paşinyan bunu 16 apreldə Milli Məclisin iclasında Ermənistan Respublikasının 2025-ci il Hökumət Proqramının (2021-2026) gedişi və nəticələri barədə hesabat təqdim edərkən bildirib. Baş nazirin sözlərinə görə, bu “metastazlar” parlamentdə, hökumətdə, prokurorluqda, məhkəmələrdə, istintaq orqanlarında və s. özünü göstərir. "Cərrahiyyə əməliyyatına müraciət etməliyik. Kimyaterapiya artıq istənilən effekti vermir", - deyə Paşinyan bildirib. Bir az sonra çıxışında o, yenidən əsəbiləşib. "Bəsdir! Xalqın əsəblərini nə qədər yoracağıq?", - deyə Baş nazir hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan millət vəkillərinə müraciət edərək bildirib. Parlament müxalifəti Hökumət Proqramının gedişi və nəticələri barədə hesabatın müzakirəsini boykot edib. Geri qayıt |