Əsas Səhifə > Güney Press > Çindən İrana həlledici zəng:
Çindən İrana həlledici zəng:Bu gün, 12:46 |
|
Çin və İran Xarici İşlər nazirləri arasında baş tutan telefon danışığı Yaxın Şərqdəki gərgin vəziyyəti yenidən gündəmə gətirib. Publika.az IRNA-ya istinadən xəbər verir ki, Çinin Xarici İşlər naziri Van İ iranlı həmkarı Abbas Əraqçı ilə söhbətində Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə edib. Pekin rəsmisi İranın sahil dövləti kimi suveren hüquqlarına, təhlükəsizliyinə və haqlarına hörmətlə yanaşılmasının vacibliyini vurğulasa da, Tehrana ciddi çağırış edib. Nazir bildirib ki, Hörmüz boğazı vasitəsilə beynəlxalq gəmiçiliyin təhlükəsizliyi mütləq şəkildə təmin olunmalıdır: “Beynəlxalq gəmiçiliyin azadlığı və təhlükəsizliyi zəmanət altına alınmalıdır. Bu boğaz vasitəsilə normal tranzitin bərpası beynəlxalq birliyin ümumi istəyidir”. Xatırladaq ki, bir müddət əvvəl "Reuters" agentliyi İranın ABŞ ilə münaqişənin qarşısını alacaq saziş əldə olunacağı təqdirdə, gəmilərin Hörmüz boğazının Oman hissəsindən sərbəst keçidinə icazə verə biləcəyi barədə məlumat yaymışdı. Geri qayıt |