Əsas Səhifə > Güney Press > Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq?
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq?15-04-2026, 12:54 |
|
Dünyada enerji böhranları, geosiyasi gərginliklər və inflyasiya dalğası bir çox ölkədə kommunal xidmətlərin qiymətlərinin artmasına səbəb olub. Xüsusilə, qaz, elektrik və su tariflərində müşahidə olunan bahalaşma əhalinin sosial rifahına birbaşa təsir göstərir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda kommunal xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir və bu sahədə qərarlar inzibati qaydada qəbul olunur.
“Enerji qiymətlərinin artması dünya üçün problem olsa da, Azərbaycana əksinə üstünlükdür. Çünki ölkə enerji ixracatçısıdır və neft-qaz satışından əlavə valyuta gəlirləri əldə edir. Bu baxımdan, qlobal qiymət artımlarını əsas gətirərək ölkə daxilində kommunal tariflərin bahalaşdırılması doğru yanaşma deyil”.
“Bu, inzibati qərardır və istənilən vaxt belə sərəncam verilə bilər. Amma hazırda enerji qiymətlərinin artması fonunda ölkə daxilində tariflərin yüksəldilməsi üçün əsas görünmür”. Geri qayıt |