Əsas Səhifə > Güney Press > İran qeyri-sabitliyə can atmır, konstruktiv dialoqa sadiqdir
İran qeyri-sabitliyə can atmır, konstruktiv dialoqa sadiqdir15-04-2026, 12:32 |
|
İranı təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur. APA-nın İran bürosunun xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian Tehranda Təcili Yardım Mərkəzində deyib. O bildirib ki, İran müharibə və qeyri-sabitlik axtarmır, Tehran hər zaman müxtəlif ölkələrlə dialoqa və konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir: “Lakin iradəsini zorla qəbul etdirmək və ya ölkəni təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur. İran xalqı belə yanaşmanı əsla qəbul etməyəcək!” İran Prezidenti beynəlxalq sistemdəki ikili standartları tənqid edib. O qeyd edib ki, başqa ölkələrə qarşı hərbi əməliyyatlar dünyanın qəbul etdiyi prinsiplərə ziddir. Pezeşkian “düşmənlər qarşısında həmrəyliyin gücləndirilməsinə” çağırış edib. Geri qayıt |