Əsas Səhifə > Güney Press > "Hizbullah" İsrailin şimalına 30-a yaxın raket atıb
"Hizbullah" İsrailin şimalına 30-a yaxın raket atıb15-04-2026, 10:36 |
|
"Hizbullah" bu gün səhər Livandan İsrailin şimalındakı Qalileya bölgəsinə təxminən 30-a yaxın raket buraxıb. Bu barədə "Report" İsrailin 12-ci telekanalına istinadən xəbər verir. İsrail Müdafiə Ordusunun məlumatına görə, Livandan buraxılan üç raket ələ keçirilib, qalanları açıq əraziyə düşüb. Atəş nəticəsində Manara və Kiryat-Şmona yaşayış məntəqələrində hava həyəcan siqnalı sirenləri işə düşüb. Hazırda zərər çəkənlər barədə məlumat yoxdur. Xatırladaq ki, aprelin 14-də Vaşinqtonda ABŞ-ın himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu keçirilmişdi, burada atəşkəs sazişinə nail olmaq məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livanın və İsrailin ABŞ-dakı səfirləri Nada Hammad-Muavvad və Yexiel Layter rəhbərlik edirdilər. Geri qayıt |