Əsas Səhifə > Güney Press > Bakıda dəhşətli qəza törədən "Toyota"nın sürücüsü
Bakıda dəhşətli qəza törədən "Toyota"nın sürücüsü15-04-2026, 09:55 |
|
Bakının Zığ-Hava limanı yolunda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub. Oxu.az xəbər verir ki, toydan çıxan Bakı şəhər sakinləri – 1984-cü il təvəllüdlü Samir Məmmədov, 1986-cı il təvəllüdlü Elvin Əsgərov və 1965-ci il təvəllüdlü Azad Əhmədov Əhmədli qəsəbəsində olarkən, Azad Əhmədovun tanışı ona zəng vurub.
Məlumata görə, E.Qubadov hadisə zamanı sərxoş olub. O, tanışı olan qadınla restoranda yeyib-içəndən sonra sərxoş vəziyyətdə avtomobili idarə etməyə başlayıb və nəticədə ağır qəza törədib. Hadisə nəticəsində avtomobildə olan qadın da müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, aprelin 13-də gecə saat 2 radələrində Bakının Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində, Zığ-Hava limanı yolunda 2002-ci il təvəllüdlü Elmir Qubadov “Toyota Corolla” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanan üç nəfəri vurub və yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində “Toyota” markalı avtomobil yanıb. Qəza zamanı 2 nəfər ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib. Geri qayıt |