Əsas Səhifə > Güney Press / Ana xəbər > “Nemes Rubo” ləqəbli heyvərə erməni oliqarx Qarabağı alır

“Nemes Rubo” ləqəbli heyvərə erməni oliqarx Qarabağı alır


17-06-2014, 14:31
“Nemes Rubo” ləqəbli heyvərə erməni oliqarx Qarabağı alır
Ermənistan Futbol Federasiyasının rəhbəri, bu ölkədə “Nemes Rubo” ləqəbi ilə tanınan keçmiş deputat Ruben Ayrapetyan Dağlıq Qarabağda irimiqyaslı biznes layihələr həyata keçirməklə məşğuldur.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti yazır.

Qəzetin yazdığına görə, adı bir çox qalmaqallarda çəkilən oliqarx Ruben Ayrapetyan hazırda da Dağlıq Qarabağdadır. Belə ki, “Nemes Rubo”nu son vaxtlar tez-tez Xankənindəki “Armeniya” otelində görmək olar.

O, Azərbaycanın işğal edilmiş ərazilərində iri biznes layihələri başladıb və işlərə nəzarət etmək üçün tez-tez Qarabağda olur. Bu biznes layihələrinin nədən ibarət olduğu barədə məlumat verilmir.

Hakim Respublika Partiyasından keçmiş deputat “Nemes Rubo” heyvərə davranışları ilə fərqlənir. Məsələn, 2010-cu ildə Ermənistanın “Pünik” futbol klubu “Banants”a 2:3 hesabı ilə uduzanda Ruben Ayrapetyan soyunub-geyinmə otağına gedib və “Banants” klubunun prezidenti Sərkis İsraelyanın gözü qarşısında “Pünik”in futbolçularını döyüb.

2012-ci ildə isə R.Ayrapetyanın mühafizəçiləri İrəvan restoranlarının birində podpolkovnik rütbəli hərbi həkimi ölümcül döyüblər. Həkim aldığı xəsarətlərdən xəstəxanada ölüb. Bu qudurğanlığa etiraz olaraq İrəvanda mitinq keçirilib, toplaşanlar R.Ayrapetyanı deputat mandatından məhrum etməyi və cəzalandırmağı tələb ediblər. Həmçinin xaricdəki erməni diasporunun üzvləri Ermənistan konsulluqlarının qarşısında piketlər keçiriblər.

Belə aksiyaların birində “Nemes Rubo” Helsinki Vətəndaş Assambleyasının müşahidəçisi Armen Vəziryanı vurub, ertəsi gün ona zəng edərək üzr istəyib və şikayət etməməyi xahiş edib.

Arası kəsilməyən mitinqlərdən sonra Ayrapetyan deputat mandatından imtina edib. Lakin o, hələ də Ermənistan Futbol Federasiyasının prezidenti olaraq qalır.

Ermənistanda üzləşdiyi qalmaqallardan sonra R.Ayrapetyan pullarını bu ölkədən çıxararaq işğal altındakı Azərbaycan ərazilərinə yatırmağa başlayıb. Onun Qarabağda min hektarlarla torpaq zəbt etdiyi barədə məlumatlar var.

Geri qayıt