Əsas Səhifə > Güney Press / Ana xəbər > "AmCham Azərbaycan"a yeni icraçı direktor təyin edilib
"AmCham Azərbaycan"a yeni icraçı direktor təyin edilib6-04-2026, 12:21 |
|
Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") İcraçı direktoru vəzifəsinə Zaur Kərimov təyin edilib. "Report" palataya istinadən xəbər verir ki, bu təyinat "AmCham Azərbaycan"ın uzun illər ərzində formalaşmış daxili kadr potensialına əsaslanır. 2007-ci ildən etibarən təşkilatda fəaliyyət göstərən Z. Kərimov bu müddət ərzində müxtəlif rəhbər vəzifələrdə çalışaraq qurumun əməliyyat proseslərinin təkmilləşdirilməsi və üzv şirkətlərlə əlaqələrin inkişafında mühüm rol oynayıb. Z. Kərimov peşəkar fəaliyyətinə 2002-ci ildə Bakıdakı hotellərin birində maliyyə sahəsində başlayıb. 2007-ci ilə qədər burada çalışaraq əməliyyat idarəetməsi üzrə əhəmiyyətli təcrübə qazanıb. Həmin ildən etibarən fəaliyyətini "AmCham Azərbaycan"da davam etdirən Z.Kərimov təşkilatda mühasib, əməliyyatlar direktoru və direktor müavini vəzifələrində çalışıb. O, Palatada fəaliyyət göstərdiyi dövrdə təşkilatın inkişafına və biznes icmasının təkmilləşdirilməsinə əhəmiyyətli töhfələr verən aparıcı rəhbər şəxslərdən biri olmuşdur. Yeni vəzifəsində Z. Kərimovun rəhbərliyi altında təşkilatın əsas prioritetləri biznes mühitinin yaxşılaşdırılması istiqamətində advokasiya fəaliyyətinin gücləndirilməsi və strateji tərəfdaşlıqların genişləndirilməsi olacaq. Qeyd edək ki, Z. Kərimov 1993–1998-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil alıb, 1999-cu ildə hərbi xidmətini başa vurub. O, ailəlidir və üç övladı var. Xatırladaq ki, "AmCham Azərbaycan" ölkədə fəaliyyət göstərən beynəlxalq və yerli şirkətləri bir araya gətirən aparıcı biznes platformalarından biridir və biznes mühitinin inkişafına yönəlmiş təşəbbüslərlə çıxış edir. Geri qayıt |