Əsas Səhifə > Güney Press / Ana xəbər > İcra başçısının xanım müavininin ünvanına sərt ittihamlar
İcra başçısının xanım müavininin ünvanına sərt ittihamlar6-06-2014, 11:05 |
|
Sona Əliyevadan cavab gəldi: “Görün kişilərimiz nə qədər cılızlaşıb ki..” Azərbaycanda icra başçısının yeni təyin olunmuş gənc xanım müavininə qarşı kəskin ittihamlar səsləndirilir. Milli.az-a Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Sona Əliyeva barəsində məktub daxil olub: “Şəmkir rayonunda çox göstərmə işlər baş verir. Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski dövlətdən, millətdən çox sevdiyi pulu üstün tutur. O, Ə.Cavad adına orta məktəbdə biologiya müəllimi işləyən savadsız Əliyeva Sona Sakit qızına pul ilə müəllimlərin respublika müsabiqəsində laureat adını almasını təşkil edərək əvəzində 10 min manat almağa müvəffəq oldu. Sona Əliyevanın müəllimlik stajı doqquz il olmasına baxmayaraq, onun müəllim işlədiyi 6-cı ildə “Əməkdar müəllim” fəxri adı verildi. Bu əməliyyatları apararkən Məcid Şıxlinski Sona xanıma verilən “laureat” adı üçün on min manat, “Əməkdar müəllim” adı üçün isə on beş min manat rüşvət almışdı. Sona Əliyevanın cəmi doqquz il pedaqoji stajı var. Sona xanım bu doqquz ildə həm də evlənərək üç uşaq anası olub. Üç il analıq məzuniyyətində olub”. Daha sonra məktubda deyilir ki, çox “məhsuldar”” işləyən Sona Əliyeva daha yüksək kürsülərə rüşvət hesabına oturdu: “Şəmkir rayonunda bu yüksək adlara, həqiqətən, layiq ola biləcək zəhmətkeş, əxlaqlı, pedaqoji stajı tam olan müəllimlər ordusu var. Axı biz bilirik ki, “Əməkdar müəllim” fəxri adı ola bilmək üçün iyirmi il işləmək lazımdır. Bir belə saxtakarlıqdan sonra Sona Əliyeva Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veyisov tərəfindən İcra Başçısının müavini vəzifəsinə gətirilib”. Başçının müavini, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sona Əliyeva nilli.az-a açıqlamasında bildirdi ki, haqqında deyilən ittihamlar onun üçün maraqlı deyil: “34 yaşım var, 14 il pedaqoji stajım olub. Ötən il “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm, eyni zamanda “Ən yaxşı müəllim” müsabiqəsində qalib olmaqla 2012-ci ildə ilin 100 ən yaşı müəllimlərindən biri seçilmişəm. Bir neçə layihə üzrə qrant udmuşam, QHT-lərlə işləmişəm, sonra da bu vəzifəyə gəlmişəm. Onu yazan adamın kimliyi məni maraqlandırmır. İnanmıram ki, elə bir şərəfsiz adamla dostluğum ola. Göydə Allahın ədaləti var, mən ona sığınıram. Əxlaqım da yerindədir, şübhələri ola bilməz”. Müavin onun barəsində kəskin ittihamlara görə kişiləri qınadı: “Görün ölkədə kişilərimiz nə qədər cılızlaşıb ki qadının yaxasından tutub yaza-yaza gedirlər. Şəmkir rayonunda inanmıram ki, qadınlar internetdə oturub saytlarda yazsın. Pedaqoji savadım var. Gənclər fondundan qrant layihəsi udmuşam, internet resurslarından uzun müddət müəllimlərə təlim keçmişəm, Təhsil Nazirliyi ilə bir neçə layihələrdə əməkdaşlığım olub. Məni təhsil naziri də tanıyır. Gedin Əhməd Cavad məktəbindən soruşun ki mən kiməm, nə işlə məşğul olmuşam. Bilmirəm “Əməkdar müəlim” adı üçün 20 il təcrübə lazımdır, ya yox, amma bir neçə müabiqlərin qalibi, beynəlxalq cəmiyyətlərin tədbirlərinin iştirakçısıyam. Məni də bu işə icra baçısı dəvət edib bir aktiv qadın kimi. Dəvət edilmişəm, necə deyəydim ki, gəlmirəm”. Geri qayıt |