Əsas Səhifə > Güney Press / Ana xəbər > Onlarla məmurun yaşadığı qəsəbədə biabırçı vəziyyət
Onlarla məmurun yaşadığı qəsəbədə biabırçı vəziyyət6-06-2014, 11:04 |
|
Tovuzun Qovlar qəsəbəsi çirkabın içində batır, icra başçısı Tofiq Zeynalov isə qapısına dirənmiş pisliyi təmizləmək fikrində deyil Tovuzun icra başçısı Tofiq Hüseynovun doğulduğu və hal hazırda yaşadığı Qovlar qəsəbəsi zibilliyin içində itib-batır. Bu barədə JAM.AZ-a məlumat verən yerli sakinlər bildiriblər ki, qəsəbədə zibil yeşiklərinin olmaması və tullantıların daşınmaması səbəbindən vəziyyət acınacaqlı şəkil alıb. Qalaqlanmış tullantıların yaratdığı üfunət və milçəklər isə evlərə doluşaraq, insanların rahatlığını pozur. Üstəlik, bunu xəstəlik mənbəyi olaraq qəbul edirlər. Fotolardan da görünür ki, qalaqlanmış və ətrafa yayılmış zibilləri qətiyyən təmizləmirlər. Onlar qeyd edirlər ki, icra başçısının hər gün keçib getdiyi yolların üzərində qalaqlanmış zibil yığınaqlarının təmizlənməməsi onları təəccübləndirir. Çünki icra başçısı Tofiq Zeynalovla yanaşı, general Ramiz Zeynalov, Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərov, icra başçısının müavini Mahir Həsənov və Qazaxın icra başçısı da bu qəsəbədəndir və onlar elə Qovlarda yaşayırlar. Qəsəbə sakinləri deyirlər: В«Tofiq Zeynalovun Qovlara və qovlarlılara etidiyi hörmətsizliyi başa düşürük. Bəs, Ramiz Zeynalov, Arif Əsgərov və digərləri niyə bu mənzərəni görüb də, heç bir tədbir görmürlər? Biz bu adamlara nə pislik etmişik ki, bizi üfunətin, zibilin içində yaşadırlar?В» Məsələylə əlaqədar Tovuzun müvafiq dövlət qurumlarıyla əlaqə yaratmağa çalışdıq. Lakin cəhdlərimiz baş tutmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |