Əsas Səhifə > Güney Press / Ana xəbər > Araz Ağayevdən “Azəriqaz”ın rayon şöbələrinə qadağa gəldi

Araz Ağayevdən “Azəriqaz”ın rayon şöbələrinə qadağa gəldi


4-06-2014, 16:37
Araz Ağayevdən “Azəriqaz”ın rayon şöbələrinə qadağa gəldi
DİA.AZ bildirir ki, Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) bölgə müxbiri Qürbət Yusubovun bu gün verdiyi xəbərə görə qocaman jurnalist Hacı Müvəssəqi “Azəriqaz” İstehsalat Birliyinin Qazax Rayon Qaz İstismar İdarəsinin rəis müavini Sərdar Abdurrahmanov tərəfindən təhqir edilərək müəssisədən qovulub. Rəis müavini bildirib ki, “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev tərəfindən göstəriş verilib ki, bizim icazəmiz olmadan müxbirləri Qaz idarələrinə buraxmayın. Hacı Müvəssəqi buna etiraz edəndə Sərdar Abdurrahmanov onu təhqir edərək idarədən qovub.

Geri qayıt