Əsas Səhifə > Güney Press / Ana xəbər > Əhmədzadənin işçisinin В«ölü canВ»ları və talanan dövlət büdcəsi

Əhmədzadənin işçisinin В«ölü canВ»ları və talanan dövlət büdcəsi


3-06-2014, 16:08
Əhmədzadənin işçisinin В«ölü canВ»ları və talanan dövlət büdcəsi
Qobustandan rayon torpaqlarının su təminatını həyata keçirən Qış Otlaqlarının Su Təminatı Sisitemləri İdarəsinin müdiri Rövşən Pənahov yüzə qədər işçinin maaş kartlarını özündə saxlayır.

Bu barədə PİA.AZ-a daxil olan məlumata görə Qış Otlaqlarının Su Təminatı Sisitemləri İdarəsinin müdiri müəssisədə 100-ə yaxın В«ölü canВ» saxlayır və bu В«ölü canВ»lar vasitəsi ilə hər ay dövlətə külli-miqdarda ziyan vurur.

PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, hazırda sənədlərə əsasən Qobustan Qış Otlaqlarının Su Təminatı Sisitemləri İdarəsində 180-dən artıq işçi çalışır. İdarədə faktiki olaraq çalışanlar 80 nəfərdən bir qədər artıqdır. Yerdə qalan 100-ə qədər işçi isə В«ölü canВ»dır. Bildirilir ki, idarə müdiri rəhbərlik etdiyi müəsisəyə 100-qədər insanın adını yazıb və bu insanların maaşlarını özünə götürür. Rövşən Pənahovun В«ölü canВ»larının böyük əksəriyyəti hazırda ölkədən kənarda olduğu qeyd olunur. Bir qismi isə Rövşən Pənahovun qohum və tanışlarından ibarətdir.

Məlumata əsasən Rövşən Pənahov hər ay həmin maaş kartlarından pulları Qobustan və ətraf rayonlardakı bankomatlardan çıxarır. İdarə müdirinin hər ay В«ölü canВ»larının maaş kartlarından təqribən 20 min manat pul çıxardığı qeyd olunur.

Qeyd edək ki, Rövşən Pənahovun Qobustan Qış Otlaqlarının Su Təminatı Sisitemləri İdarəsində həyata keçirdiyi çox saylı maliyyə maxinasiyalarını yaxın zamanlarda oxucularımızın diqqətinə cəlb edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt