Əsas Səhifə > Güney Press / Ana xəbər > "Karqo Şamil"in görünməyən üzü...
"Karqo Şamil"in görünməyən üzü...21-01-2026, 17:25 |
|
Müasir iş dünyasında şəffaflıq və ictimai hesabatlılıq uğurun əsas meyarlarından biri sayılır. Lakin bəzən böyük biznes imperiyalarının rəhbərləri bu prinsiplərlə deyil, qapalı idarəçilik və tənqidə qarşı sərt dözümsüz davranışları ilə gündəmə gəlirlər. Bu sahədə adı ən çox hallanan şəxslərdən biri də Azərbaycanın yükdaşıma və tikinti sahəsində geniş şəbəkəyə malik olduğu deyilən, ictimaiyyət arasında "Karqo Şamil" kimi tanınan iş adamı Şamil Heydərovdur. Xüsusilə, vaxtilə Ramiz Mehdiyevin siyasi nomenklaturasının "inkubatorunda" yetişən və onun himayəsi ilə böyük biznes rıçaqlarına sahiblənən Şamil Heydərov tənqidi özünə hələ də təhdid kimi görür. Onun mediaya qarşı aqressiv dözümsüzlüyü isə bir daha onu göstərir ki, Şamil Heydərov hələ də mənsub olduğu Ramiz Mehdiyevdən qalmış köhnə və qeyri-şəffaf idarəçilik sisteminin genetik kodlarından uzaqlaşa bilmir. 2009-cu ildə sakinlərin böyük ümidlərlə köçdüyü bu çoxmərtəbəli binada hazırda xaotik mənzərə yaşanır. Sakinlərin sözlərinə görə, sözügedən bina Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi, “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərova məxsus “İdeal” MTK tərəfindən 2009-cu ildə inşa edilib. Binada yerləşən ticarət obyektləri də elə Şamil Heydərova məxsusdur. Sakinlərin sözlərinə görə, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən və 500-dən çox sakinin yaşadığı binada hər ay orta hesabla hər bir sakindən 100 manata yaxın pul yığılır. Ayda 50 min, ildə 600 mindən çox bu vəsait nəhəng büdcə deməkdir. Bu vəsaitin hara xərcləndiyi isə bəlli deyil. Sakinlər hər ay bu qədər ödəniş etsələr də, qarşılığında nə xidmət görürlər, nə də şəffaf hesabat. Bu, insanların etibarından sui-istifadə edərək, qurulan qeyri-şəffaf fəaliyyətin çılpaq mənzərəsidir. İş adamı Şamil Heydərov isə hələ də sakinlərə yığılan pulların hesabatını vermək istəmir. İş adamı həmin binaya təyin etdiyi nümayəndəsi, “komendat” kimi fəaliyyət göstərən Sahib adlı şəxs də illərdir ona edilən müraciətlərə, şikayətlərə etinasız yanaşır, ona görə də indiyədək həmin binada problemlər həllini tapmayıb. Sakinlərin haqlı etirazları da məhz “İdeal” MTK-nın sahibi Şamil Heydərovun onların taleyinə qarşı olan nümayişkaranə etinasızlığının real təzahürüdür. Demokrat.az Geri qayıt |