Əsas Səhifə > Güney Press / Ana xəbər > Heydər Əsədov sakinləri necə çilədən çıxara bilib?
Heydər Əsədov sakinləri necə çilədən çıxara bilib?2-06-2014, 15:48 |
![]() Bu il Novruz bayramı ilə əlaqədar təşkil olunmuş kənd təsərrüfatı mallarının satış yarmarkalarından birinin fəaliyyəti hələ də davam edir. Martın 15-dən etibarən Əhmədlidə, Məhəmməd Hadi küçəsində təşkil olunmuş yarmarka ciddi narazılıqlara səbəb olub. Məhəmməd Hadi küçəsinin sakinləri ciddi şəkildə antisanitariyadan və səs-küydən şikayət edirlər. Natəmiz şəraitdən, səs-küydən, yollarının bağlanmasından gileylənən sakinlər bir neçə dəfə şikayət ediblər. Ötən saylarımızda onları dərc etmişik. Sakinlər həmin bazarın ya başqa bir yerə köçürülməsini, ya da bağlanmasını tələb edirlər. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yarmarkaların keçirilməsinin yeganə məqsədi əhaliyə xidmət etməkdir: “Bakının bir neçə rayonunda təşkil olunan yarmarkalar həftənin yalnız şənbə və bazar günləri keçirilir. Bu xüsusilə də həmin ərazilərdə yaşayan insanlar üçün çox əlverişlidir”. “Hələlik alternativ yer tapa bilməmişik” M.Hacıyev sakinlərin yol ilə bağlı şikayətlərinə cavab olaraq bildirib ki, hələ ki, alternativ yer tapa bilməyiblər: “Elə həmin küçənin sakinləri həftənin hər şənbə və bazar günü təşkil olunan yarmarkadan bazarlıq edirlər. Yay mövsümünün kənd təsərrüfatı məhsulları həmin yarmarkada satılacaq. Sakinlərin yol ilə bağlı şikayətlərinə gəlincə, demək istəyirəm ki, hələlik alternativ bir yer tapa bilməmişik. Yarmarka üçün Xətai rayonunda ən uyğun yer Ukrayna dairəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsidir. Yerlə bağlı məsələyə yenidən baxırıq”. “Bazara yaxın bir futbol meydançası var. Getsinlər orada bazarlarını qursunlar” Sakinlər isə bunun bir bəhanə olduğunu deyirlər: “Mən o xəbəri oxuyanda çox əsəbiləşdim. Tamamən yalandır. Bəhanədən başqa heç bir şey deyil. Alternativ yer tapa bilmirlər? Həmin bazara yaxın bir futbol meydançası var. Getsinlər orada bazarlarını qursunlar. Bizim yolumuzu bağlamasınlar. Həmin meydança 254 nömrəli məktəbin yanında yerləşir. Ərazisi də buradakından böyükdür. Səliqəlidir. Getsinlər orada yarmarka qursunlar. Nəynki həftə sonu, hətta hər gün bazar olsun. Təki bizim yolumuzu bağlamasınlar”. “Ümumiyyətlə, burada bazar niyə olmalıdır?” Şikayətçilər bazarın ən qısa zamanda köçürülməsini tələb edirlər: “Ümumiyyətlə, burada bazar niyə olmalıdır? Bu yarmarka onların ciblərini doldurmaq üçün yeni bir üsuldur. Guya yarmarkanı bizə görə yaradıblar. Elə şey yoxdur. Bizə daha çox ziyan dəyir, nəinki xeyri. Yolumuzu bağlayıblar, hər tərəf zibil içindədir. Qiymətlər də bahadır. Bunun bizə nə xeyri var? Təbi ki, heç bir. İndi həftə içidir. Maşınlar rahat gedib-gəlirlər. 57 nömrəli marşrut buradan keçir. Mən onunla işə gedirəm. Həftə sonları məcburam 100-200 metr yeriyəm ki, marşruta minə bilim. Buna görə də bu bazar ya buradan köçürülməlidir, ya da bağlanmalıdır”. Geri qayıt |