|
Tramp administrasiyası 75 ölkədən olan şəxslər üçün immiqrant vizalarının verilməsini qeyri-müəyyən müddətə dayandırıb. Yeniavaz.com “The Guardian”a istinadla xəbər verir ki, bu addım ABŞ-yə qanuni yollarla immiqrasiyanı məhdudlaşdırmaq istiqamətində indiyədək atılmış ən genişmiqyaslı tədbirlərdən biri sayılır. “Yanvarın 21-dən qüvvəyə minəcək bu qərar, rəsmilərin “ictimai yük” ola biləcəyini düşündüyü şəxsləri — yəni əsas ehtiyaclarını ödəmək üçün dövlət sosial yardımlarına ehtiyac duyan müraciətçiləri hədəf alır”, - nəşr yazır. Qeyd edək ki, sözügedən ölkələrin sırasında Azərbaycan da var. Həmin siyahını təqdim edirik: Əfqanıstan Albaniya Əlcəzair Antiqua və Barbuda Ermənistan Azərbaycan Baham adaları Banqladeş Barbados Belarus Beliz Butan Bosniya və Herseqovina Braziliya Myanma Kamboca Kamerun Kabo-Verde Kolumbiya Kot-d'İvuar Kuba Konqo Demokratik Respublikası Dominika Misir Eritreya Efiopiya Fici Qambiya Gürcüstan Qana Qrenada Qvatemala Qvineya Haiti İran İraq Yamayka İordaniya Qazaxıstan Kosovo Küveyt Qırğızıstan Laos Livan Liberiya Liviya Şimali Makedoniya Moldova Monqolustan Monteneqro Mərakeş Nepal Nikaraqua Nigeriya Pakistan Konqo Respublikası Rusiya Ruanda Sent-Kits və Nevis Sent-Lüsiya Sent Vinsent və Qrenadinlər Seneqal Sierra Leone Somali Cənubi Sudan Sudan Suriya Tanzaniya Tayland Toqo Tunis Uqanda Uruqvay Özbəkistan Yəmən
Geri qayıt
|